BolgeXeber.Com » Ölkə » Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...

Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...

21-04-2015, 10:19
Oxunub: 4 436 Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...Amma deyəsən belə getsə Hacıbala Abutalıbovu da töhmət gözləyir

Bu günlərdə Yasamal rayonu icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevə Bakı meri Hacıbala Abutalıbov tərəfindən töhmət verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki adətən Bakı şəhərinin rayonlarının rəhbərləri Hacıbala Abutalıbovla hesablaşmırlar və xüsusən də İbrahim Mehdiyev ipə-sapa yatmayan, heç kimlə hesablaşmayan, hətta iştahından nazir olmaq keçən bir icra başçısına töhmət verilməsi aşkar marağa və təəccübə səbəb oldu...

Amma deyəsən belə getsə Hacıbala Abutalıbovu da töhmət gözləyir.Ona bu cəzanın prezident İlham Əliyev və ya Prezident Administrasiyası rəhbəri tərəfindən veriləcəyini iddia etmək üçün ciddi əsaslar mövcuddur. Həmin əsasları tapmaq üçün uzağa getmək lazım deyil, elə şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanına baş çəkmək kifayətdir. Hər dəfə rayonların işğal günlərində və ya hansısa Qarabağ şəhidinin anım mərasimlərində həmin məzarlığı ziyarət edən insanlar hiddətlərini dilə gətirilər və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə Hacıbala Abutalıbov tərəfindən sanki qəsdən edilmiş bir hörmətsizliyi qınayırlar. Belə ki, Qarabağ şəhidlərinin məzarları üzərindəki daşlar artıq yararsız haldadır, adlar və soyadlar demək olar ki, oxunmaz hala düşüb, bu azmış kimi həmin məzarlıq sıx yolka ağacları vasitəsilə 20 Yanvar şəhidlərinin uyuduğu məzarlıqdan ayrılıb. Şəhid ailələri və bütövlükdə həmin məzarlığı ziyarət edən hər kəs bu cür ayrı-seçkiliyi başa düşə bilmir və görünən bu mənzərəni Qarabağ şəhidlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər. Ona görə də belə bir məntiqsizliyin ən azı töhmətlə aradan qaldırılmasını məqsədəuyğun hesab edirlər...

BOLGEXEBER.COM-un Moderator.az-a istinadən təqdim etdiyi fotolardakı iki məzarın birinin üstündəki yazılar şəhidin ailə üzvləri tərəfindən yazdırılıb. Digər bütün məzarların üzərində onun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyil...
Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...
Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...
Bir yağlı töhmət də Hacıbala Abutalıbovun "razmerinə uyğundur" - Bakı merindən şəhid ruhuna sayğısızlıq...