“Şərurlu İsfəndiyar” millimizin futbolçusuna necə kələk gəlib?
22-04-2015, 10:19
Oxunub: 4 730
“Olimpus-az” şirkətinin rəhbərliyi dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyib
Azərbaycanda tikinti şirkətlərinin vətəndaşlara qarşı dələduzluq etməsi haqda məlumatlara tez-tez rast gəlirik
Vətəndaşları dələduzluq yolu ilə aldadanlar həbs edilsə də problem elə problem olaraq qalır. Vətəndaşlar mənzil almaq üçün şirkətlərə ödədiyi vəsaiti geri ala bilmirlər.
Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Ceyhun Sultanov da tikinti şirkətlərinin fırıldağı ilə üzləşib. Tanınmış futbolçu mənzil almaq üçün ödədiyi 48 min dolları neçə illərdir ki, geri ala bilmir.
Ceyhun Sultanov virtualaz.org saytının əməkdaşına tikinti şirkəti tərəfindən necə aldadılması barədə danışıb.
C.Sultanovun sözlərinə görə, 2008-ci ilin mart ayında Yeni Yasamal qəsəbəsi, Talıblı küçəsi, 1243 saylı ünvanda tikilən binada mənzil alıb: “Tikinti işlərini həyata keçirən “Olimpus-az” şirkətinin rəhbəri Rauf Qurbanovla müqavilə bağladıq. 07.03.2008-ci il tarixli müqaviləyə əsasən, 16 mərtəbəli binada ikiotaqlı mənzil üçün şirkətə əvvəlcədən 48 min dollar vəsait ödədim. Pulun əvvəlcədən ödənilməsinə dair maliyyə sənədi də var. Müqavilədə göstərilirdi ki, bina 3 il ərzində, yəni 2011-ci ildə yaşayış üçün istifadəyə veriləcək”.
Lakin iki ildən sonra binanın tikintisi yarımçıq saxlanılıb. Bəlli olub ki, “Olimpus-az” şirkətinin rəhbərliyi dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyib.
C.Sultanov deyir ki, o, bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib: “2010-cu ilin sentyabrında Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə mənim iddia ərizəmə baxıldı. Məhkəmə 48 min dolların geri qaytarılması və mənəvi təzminat kimi 20 min manatın ödənilməsinə dair qərar çıxardı. Həmin ərəfədə “Olimpus-az” şirkəti fəaliyyətini dayandırmamışdı, lakin şirkətin rəhbəri Rauf Qurbanov həbs edilmişdi”.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Rauf Qurbanova 11 il, onun şəriki Vüsal Rəhimova isə 4 il həbs cəzası veriblər. Rauf Qurbanov həbsxanada dünyasını dəyişib.
Sonradan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus “Şərur” MTK həmin binanın tikintisini davam etdirib.
C.Sultanov deyir ki, şirkət tikintiyə başlamazdan əvvəl mənzil sahibləri ilə anlaşacağını deyib: “Lakin sonradan “Şərur” MTK şirkətindən “Olimpus-az” şirkəti ilə bizim aramızda imzalanan müqavilənin hüquqi əsasının olmadığını dedilər. Halbuki “Olimpus-az” şirkəti ilə “Şərur” MTK arasında tikintiyə dair müqavilə imzalanıb. Binanın tikildiyi torpaq sahəsi də “Şərur” MTK-nın balansındadır. Şirkətin hüquqşünası Şahbaz müəllim bildirdi ki, “Şərur” MTK ilə “Olimpus-az” arasında bağlanan müqaviləyə görə, “Olimpus-az” yalnız tikinti işlərini həyata keçirməli imiş. Onların mənzilləri satmaq hüququ olmayıb. “Şərur” MTK isə “Olimpus-az” şirkətinin satdığı mənzilləri alıcılara verməkdən imtina edir”.
C.Sultanov məhkəmə qətnaməsi olduğu halda 48 min dolların kim tərəfindən ödəniləcəyini bilmir: “Kimə müraciət edəcəyimi bilmirəm. Mən mənzilin pulunu əvvəlcədən ödəmişəm. Bizə demişdilər ki, tikinti aparanda “Şərur” MTK mənzil sahiblərini razı salacaq. İndi isə onlar bundan imtina edirlər. Başqa sözlə, mən indi də faktiki olaraq “Şərur” MTK tərəfindən aldadılıram”.
Qeyd edək ki, “Olimpus-az” şirkətinin aldatdığı insanların sayı çoxdur. Şirkətlə bağlı verilən xəbərlərdə deyilir ki, “Olimpus-az” ilə “Şərur” MTK arasında müqavilə 50-nin 50-yə nisbətində olub.
“Olimpus-az” şirkətinin tikintisini yarımçıq saxladığı binalarda “Qlobal Azəri” şirkəti tikintini davam etdirir. Həmin şirkətin rəhbəri Mehdi Axundov isə İsfəndiyar Axundovun oğludur.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes