Bakıdakı əlil qalmaqalının metrodakı davamı — VİDEO
23-04-2015, 09:15
Oxunub: 5 179
Bakı mertrosundan istifadə edən adamlar eşitməmiş olmazlar. Metronun vaqonlarında məlahətli səsi olan bir xanım sərnişinlərə yumşaq desək, tövsiyə edir: “Hörmətli sərnişinlər, qocalara, əlillərə, uşaqlı qadınlara yer verin”
Burada bəzi incə məntiqsizliklərə, sərnişinlərin təhqir edilməsini bir kənara qoyaq, belə sual yaranır: ay Bakı metrosu, əlillərin metrodan istifadə etməsi, vaqona minməsi üçün hansı şəraiti yaratdın ki, indi də sərnişinlərdən onlara qarşı humanistlik tələb edirsən. Metropoliten rəhbərliyi əlil arabaları üçün niyə zolaq düzəltmir?
Bu sualın haradan yaranmasını bir daha oxuculara çatdıraq. Milli.Az xəbər verir ki, iki gün əvvəl metronun “Sahil” stansiyasında ölkədə əlillərin ictimai nəqliyyatda, metroda nəzə alınmamasının şahidi olduq. Əlil arabasında olan şəxs metroya daxil olması üçün heç bir şəraitin olmamasını ucbatından xeyli əziyyət çəkib. Yaxınını əlil arabasında metroya gətirən şəxslər polisdən araba ilə metroya düşmək üçün məsləhət istədilər. Polis isə belə bir keçidin olmamasını dedi. Uzun sürən müzakirədən sonra əlil şəxsin yaxınlarından biri gedişi turniketə daxil etdi və bundan sonra kənardakı dəmir arakəsmə polis tərəfindən götürüldü və əlil arabası metroya buraxıldı. Arabanın eskolatora mindirilməsində isə bir neçə nəfərin köməyindən istifadə olundu.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əlilliyi olan insanların sayı 520 minə yaxındır. Unutmayaq, əlilin varsa, ona sahib çıxırsansa, dövlətsən, millətsən, “yoxdursa”, gizlədirsənsə, əlilsən…
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər