BolgeXeber.Com » Ölkə » Qubaya qar yağdı- 25 sm

Qubaya qar yağdı- 25 sm

23-04-2015, 11:22
Oxunub: 3 673 Quba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb

BOLGEXEBER.COM xəbər apa-ya istinadən xəbər verir ki, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.


Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.

Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.

Qeyri sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir.
BOLGEXEBER.COM