BolgeXeber.Com » Ölkə » «Səba» Broyler «Ən halal toyuq» standartını haradan alıb?

«Səba» Broyler «Ən halal toyuq» standartını haradan alıb?

23-04-2015, 15:59
Oxunub: 4 376 «Səba» Broyler «Ən halal toyuq» standartını haradan alıb?Azərbaycanda «Ən halal» standartı deyilən standart anlayışı yoxdur

Azərbaycanda quşçuluq fabrikləri demək olar ki, zərərlə işləməkdədirlər. Bir qədər əvvəl ölkə ərazisində broyler toyuqlarının süni yolla şişirdilməsinə dair informasiyalar yayılmışdı. Yayılan video görüntülərdən sonra isə quşçuluq fabrikləri etiraf etdilər ki, satış göstəriciləri xeyli aşağı düşüb. Üstəlik də manatın devalvasiyasından sonra qiymətlərdə edilmiş artımlar da vəziyyəti gərginləşdirdi. Gundeminfo.az-a məlumat verən bazarı araşdıran menecment şirkətlərindən birinin əməkdaşı danışır ki, broyler toyuqlarının satışında ciddi azalma var.
«Toyuq ətinə tələbatın azalması həm məlum videonun yayılması, həm də manatın devalvasiyasından sonra daha da sürətlənib. Bazarı araşdıran zaman bütün satış üzrə elementlərin faiz göstəricilərinin aşağı düşdüyünü, dəyərsizləşdiyini müşahidə edirik. Xüsusilə də iri broyler fabriklərinin pərakəndə satış nöqtələrinə ixrac etdikləri məhsullarının həcminin kəskin azaldığını müşahidə edirik. Bunu rəsmən etiraf etməsələr də broyler fabriklərində ixtisarların aparıldığı, daşıma üzrə mütəxəssislərin sayının kifayət qədər aşağı düşdüyünü müşahidə edirik. Həmçinin də məlum faktorlardan sonra mal ətinin qiymətində artımın baş verməsi də toyuq ətinin satışı üzrə tələbin təklifdən çox aşağı olduğunu göstərir. İndi yalnız yumurta satışını əvvəlki səviyyədə saxlaya bilən broyler fabrikləri manatın ucuzlaşmasından sonra quş yeminin də bahalaşmasından ziyana düşüblər» deyə həmsöhbətimiz bildirdi.
Həmsöhtəmizin qeyd etdi ki, indii bir sıra broyler fabrikləri yaranmış vəziyyətdən çıxmaq üçün bəzən çox böyük iddialı reklam gedişlərindən də istifadə edirlər.
Elə yeri gəlmişkən gundeminfo.az-ın da apardığı araşdırmalardan bir məqamı bununla bağlıdır. Artıq Bakının küçələrində marketlərə «Səba» Broylerin mallarını daşıyan maşınların üzərində «ƏN HALAL TOYUQ» sözləri yazılıb.
Azərbaycanda «Halal» standartı bir müddət Qafqaz Müsəlmanları İdarəsi tərəfindən vverilsə də, sonradan bu standart üzrə lisenziyalaşdırma Standratlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib.
2012-ci ildə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər", AZS 386-2012 (CAC/GL 24-2012) "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar" və AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal" qida. Ümumi tələblər" dövlət standartlarını təsdiq edib.

Bununla belə toyuq əti istehsalı üçün İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən təsdiq edilmiş vahid “Halal qida” standartı - OİC/ SMİİC 1:2011“General Guidelines on Halal Food” standartına əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida - standartıdır.

Lakin çox maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda «Ən halal» standartı deyilən standart anlayışı yoxdur. Lakin «Səba» Broyler bu sözlə digər quşçuluq fabrikləri ilə müqayisədə rəqabət prinspilərini pozmuş ola bilərmi?
Nədən ki, Azərbaycanda müvafiq olaraq «Halal» standartı almış bir neçə daha quşçuluq -broyler fabriki var. Məntiqlə rəqibləri «Səba»dan fərqli olaraq «Ən-ən halal toyuq əti» sözlərindən stifadə edərək bazard rəqabət prinspilərini müvafiq olaraq qanunvericiliyin tələblərini poza bilərlər?
Hər halda bu məqam kifayət qədər diqqəti çəkəndir və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.
BOLGEXEBER.COM