BolgeXeber.Com » Ölkə » Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir- Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTO

Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir- Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTO

24-04-2015, 13:29
Oxunub: 6 176 Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir-  Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTOSumqayıt icra hakimiyyətini məhkəməyə verdiyinə görə şəhər İcra Hakimiyyəti tərəfindən şikayətçiyə qarşı təzyiqlər edilməyə başlanıb

BOLGEXEBER.COM-un redaksiyasına -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən şikayətçi olduğuna görə ciddi təzyiqlərlə üzləşən Sumqayıt sakini Anar Süleymanovun növbəti müraciəti daxil olub.Müraciəti olduğu kimi təqdim edirik:

Salam hörmətli redaksiya!

Sizə həmişəki kimi mənim yazdiqlarımı dərc etdiyinizə görə öz təşəkkürümü bildirirəm. Sizə Sumqayıt şəhər İcra Hakimiyyətinin ağacları qanunsuz kəsilməsinə görə məhkəməyə verildiyimi yazmışdım. Bundan sonra mənə qarşı təzyiqlər başlanıb və indiyə kimi davam edir...Xahiş edirəm siz də bu məsələni jurnalist kimi araşdırıb ictimailəşdirəsiniz. Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir-  Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTO

Sizə bildirmək istəyirəm ki, aprelin 22-də saat təxminən 11:00-da H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsinin (voenkomat) göndərdiyi adamlar mən evdə olmayanda qapımızı vəhşıcəsinə döyərək evdə tək olan bacımı bərk qorxudublar. Voenkomatın işçiləri məni zorla psixi dispanserə gətirtmək istəyirlər. Halbuki mənim heç vaxt bu barədə şikayətim olmayıb. Heç vaxt əsəb xəstəliyindən müalicə olunmamışam. Artıq H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsinin (voenkomat) mənə qarşı qanunsuz hərəkəti, yəni məni ruhi -əsəb dispanserinə göndərmək istəkləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili- Ombudsman Elmira Süleymanovaya da çatıb. 10 gün müddətində H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsinin rəisi Natiq Qarayev və oranın baş həkimi İsgəndərov Eldar bu qanunsuz və biabırçı hərəkətləri barədə ora da cavab verməli olacaqlar. Bundan başqa H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsi bu qanundan kənar hərəkəti haqqında Azərbaycan Baş Prokurorluğunu və Daxili İşlər Nazirliyini məlumatlandırmışam. Artıq müvafiq tədbirlər görülməsi üçün iş Sumqayıt şəhər Polis İdarəsinə göndərilib. Cox maraqlıdır, bəyəm H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsinin rəisi şəhər İcra Hakimiyyətindən mənə qarşı təzyiqlər və qarayaxmalar etmək sifarişini alanda bilmirdi ki, onların da başları ağrıyacaq? Ümumiyyətlə, Natiq Qarayev savadsız bir adamdır, əgər onun savadı olsaydı, o bilərdi ki, məhkəməyə verilmiş hər hansı bir məsələ haqqında qərar olmadan bu istiqamətdə hər hansı bir hərəkət etmək qeyri qanunidir. Lap H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsi mənə qarşı qanunsuz addımını ləğv etsələr də, bunun heç bir əhəmiyyəti olmayacaq, çünki hər bir şəxs elədiyi qanuna zidd hərəkətlərinə görə cavab verəcək. Bu hələ başlanğıcdır, çünki mübarizə ən maraqlı məqama yaxınlaşır...Qabaqda da H.X.Ç.D.X-nin Sumqayıt şəhər idarəsinin (Sumqayıt voenkomatının) məhkəməsi olacaq. O ki, qaldı əsas məsələyə, yəni ağacların Sumqayıt şəhərində kütləvi kəsilməsinə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənim şikayətimə əsasən xüsusi komissiya yaradıb və bu qanunsuz işləri araşdırmaq üçün Sumqayıt şəhərinə 5 gunlük ezam olunublar. Lakin ağacların qanunsuz kəsilməsi faktları həddindən çox olduğuna görə komissiya indiyə kimi, yəni 15 günə yaxındır ki, işləyir. Biz təkçə Nəsimi adına parkda baxış kecirərkən komissiyanın işçiləri 70-dən cox iri gövdəli ağac kötüklərini qeydə alıblar...Ümümiyyətlə mən nazirlikdən gələn komissiyanın işcilərinə ağacların kütləvi kəsilmiş yerlərini göstərəndə, onlar şokda idilər, çünki bu qədər kəsilmiş ağacların olacağını təsəvvür etmirdilər. İndi komissiya öz işini bitirəndən sonra yekün aktının bir nüsxəsini Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim edəcəklər. Görək bundan sonra da İcra Hakimiyyətində işləyən Seyfəddin Rəhimov kimi adamlar yenəmi deyəcəklər ki, Sumqayıtda kütləvi ağac qırılması faktı yoxdur?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, (Ombudsmanın )Aparatından gələn məktubu və Azərbaycan Baş Prokurorluğundan mənim müraciətimə olan cavabını Sizə təqdim edirəm.
BOLGEXEBER.COM
Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir-  Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTO
Eldar Əzizovdan şikayət edənə təyziqlər davam edir-  Şikayətçini ruhi dispanserə saldırmaq istəyirlər- FOTO