BolgeXeber.Com » Ölkə » Bağça və məktəblərdə pul yığanlar kimlərdir? - "Əgər əlinizdə fakt varsa, ünvanı söyləyin tədbir görək"
Bağça və məktəblərdə pul yığanlar kimlərdir? - "Əgər əlinizdə fakt varsa, ünvanı söyləyin tədbir görək"
24-04-2015, 15:40
Oxunub: 5 069
Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü ilə ərsəyə gələn “Gül bayramı”na hazırlıq gedir
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin verdiyi açıqlamaya əsaslansaq, bu il bizi daha möhtəşəm bayram tədbiri gözləyir. Hər il olduğu kimi, alınacaq güllərin sayı və və xərclənəcək vəsait isə açıqlanmır...
Uşaq bağçaları və orta məktəblərdə bu bayramla əlaqədar hər bir tərbiyəçi və müəllimdən, eləcə də şagirdlərdən 5-10 manat məbləğində vəsait yığıldığı haqda məlumatlar var.
Yığılan vəsaitin əl işləri alınması üçün sərf olunacağını bildirirlər. Və o da əsas gətirilir ki, tapşırıq “yuxarıdan”dır.
Onu da qeyd edək ki, tələb olunan vəsaitin məbləği təlim tərbiyə ocaqlarına görə dəyişir.
Maraqlıdır, əgər dövlət səviyyəsində tədbir üçün kifayət qədər vəsait xəclənərək gərəkli olanlar alınırsa, təhsil ocaqlarında qanunsuz ödənişlərə nə ehtiyac var?
Sözügedən məsələylə bağlı Təhsizl Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildiriblər ki, nazirlik tərəfindən hər hansı vəsait yığılması üçün tapşırıq verilməyib:
“Əgər əlinizdə fakt varsa, ünvanı söyləyin tədbir görək. Əks təqdirdə sizin dedikləriniz yalan və şantajdan başqa bir şey deyil”.
Tədbirin təşkilatçısı sayılan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən də təxminən buna bənzər cavab aldıq:
“Bizim tərəfimizdən heç bir quruma pul yığılması üçün tapşırıq verilməyib. Gül bayramında iştirak könüllüdür. İstər bağçadan, istərsə məktəbdən əl qabiliyyəti yaxşı olan uşaqların əl işləri sərgiyə gətirilir. Amma bu da könüllüdür, heç bir məcburiyyətdən söhbət getmir. Meriya tərəfindən də hər hansı vəsait üçün göstəriş verilməyib”.
Bu açıqlamalardan sonra belə çıxır ki, qanunsuz ödənişlər tələb etmək bağça və məktəb rəhbərliyinin “özfəaliyyətidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər