BolgeXeber.Com » Ölkə » Ekologiya postunda ab-hava necə korlanır... - Narazılıq var

Ekologiya postunda ab-hava necə korlanır... - Narazılıq var

24-04-2015, 18:37
Oxunub: 6 410 Ekologiya postunda ab-hava necə korlanır... - Narazılıq varGörünür, ekologiya postunun rəisi Fuad müəllim məhz bu yolla özünə gün ağlamağı, maddi imkanını xeyli yaxşalışdırmağı bacarıb

Mütəmadi olaraq Bakı-Sumqayıt və ya Bakı Xırdalan istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri DYP-nin ekologiya postunda yaşanan neqativ hallarla yaxşı tanışdırlar. Bura elə bir postdur ki, paytaxta daxil olan da, Bakını tərk edən də məhz burdan keçir və bu zaman postun rəisi Fuad müəllimin əməkdaşlarına tapşırdığı «şərt»lərə əməl etmək məcburiyyətində qalır.

DYP-nin ekologiya postunun əməkdaşlarının özbaşınalığının heç kəsin nəzərindən qaçmadığını qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Fuad müəllimin tabeçiliyində çalışan yol polisləri sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar: «Qadın və kişi olmasından asılı olmayaraq, sürücülər elə yolun ortasında təhqir etmək artıq onlar üçün adiləşib. Ekologiya postunda çalışan yol polislərini gördükdə, onların hansı oyunlardan çıxdıqlarına bələd olduqda adam öz övladının gələcəkdə polis olmasını istəmir. Yol polislərinin bu tip özbaşınalıqları, sürücülərlə kobud rəftarları nədənsə postun rəisinin gözündən yayınır». DYP-nin ekologiya postunun rəisi Fuad müəllimin özünə kifayət qədər sərvət topladığını bildirən məlumatlı şəxs iddia edir ki, adıçəkilən postun yaxınlığında yerləşən «Şamlıq» hamamı da məhz rəisə məxsusdur: «Bu gün DYP-nin ekologiya postunun əməkdaşları müxtəlif yollarla sürücüləri soyur, onların əlavə xərc düşməsinə şərait yaradır. Deyilənlərə görə, bu postda yol polislərini lazımınca «görməsən» onda avtomobilini əlindən alıb özünə də babat cərimə yazacaqlar. Düzdür, polislər pulu dillə istəmirlər,lakin adamı elə boğaza yığırlar ki, axırda məcbur olub özün nəsə təklif edirsən. Görünür, ekologiya postunun rəisi Fuad müəllim məhz bu yolla özünə gün ağlamağı, maddi imkanını xeyli yaxşalışdırmağı bacarıb. İndi onun Bakı, Xırdalan və Sumqayıtda çoxlu sayda mənzili, bir neçə avtomobili və iri biznes obyektləri var. Bütün bunlar isə sürücülərin hesabına əldə olunmuş sərvətdir…»

Onu da qeyd edək ki, Fuad müəllimin tabeçiliyində olan yol polislərinin xidmət etdiyi yolda tez-tez hərəkətdə olan patrul avtomobillərində, bəzi yerlərdə isə yolun kənarında yaşıllıqların və başqa maneələrin arxasında gizlədilmiş radarlarla avtomobillərin sürətinin ölçülməsi hallarına rast gəlinir. Halbuki bu, birbaşa qanun pozuntusudur. Bu məsələ İnzibati Xətalar Məcəlləsi və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatla aydın şəkildə tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsində deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının (yəni DYP-nin) Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Adıçəkilən təlimatda da sürət rejiminə nəzarət üçün nəzərdə tutulan xüsusi texniki vasitələrin, yəni radarların tətbiqi qaydası kifayət qədər dəqiq təsbit edilib. Təlimatda deyilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik bütün xüsusi texniki vasitələr Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsi və nazirliyin təsdiq etdiyi təlimatın həmin müddəaları yalnız DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmuş radarların tətbiq edilməli olduğunu nəzərdə tutur. Deməli, həmin Ssstemə inteqrasiya olunmamış radarlardan istifadə oluna bilməz. DYP-nin ekologiya postunda isə məhz Fuad müəllimin tapşırığı ilə həmin sistemə inteqrasiya olunmayan radarlardan istifadə olunur. Bu isə onu göstərir ki, ekologiya postunda qanunlara əməl olunmur. Əgər DYP rəsmiləri qeyd olunan məqamları araşdırsalar, o zaman ekologiya postu, eləcə də onun rəisi Fuad müəllimlə bağlı bir çox ilginc bilgilərin üstü açıla bilər… \\ GünBakı \\