Tədris-terapevtik klinikasında xəstələri soyurlar - ŞİKAYƏT
25-04-2015, 15:43
Oxunub: 4 763
Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikası ölkədə ən bahalı xəstəxanalardandır
“Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikası xəstələri soymaqla məşğuldur. Burada ən adi müayinənin qiyməti 50 manatdan başlayır. Xəstələrə yaxınları ilə görüşməyə icazə vermirlər. Guya xəstələrə yemək verirlər, bunu özlərinin reklam hadisəsinə çeviriblər. Amma cəmi bir həftə bu klinikada yatmaq kifayətdir ki, bir neçə min, hətta on min manatından keçməli olasan”.
Bununla bağlı informasiya editor.az-ın elektron ünvanına daxil olan şikayət məktubunda əksini tapıb.
Səyyar Babayev adlı şikayətçi bildirir ki, qardaşı leykoz xəstəliyindən əziyyət çəkirmiş:
“Klinikaya daxil olanda bizi əmin etdilər ki, qardaşınız ən qısa zamanda sağalacaq. İki aya yaxın klinikada yatdı. Onu o qədər kimya-terapiya etdilər ki, qaraciyəri dağıldı və komaya düşdü. Bir gün sonra dünyasını dəyişdi. İki ay ərzində bizimlə onun görüşünə imkan yaratmadılar. Bu müddətdə cəmi üç dəfə görüşümüz oldu. 15 min manat pulumuz çıxdı. Qardaşımın xəstə olduğunu eşidən kimi, onu həkimə apardıq. Ardınca da bu klinikaya yerləşdirdik. O zamandan bəri onun nə əməlli-başlı üzünü gördük, nə də sağalda bildik. Boş-boşuna pul xərclədik. Bəlkə də öz axarına buraxsaydıq, bir il yaşayardı. Bizi aldatdılar. Həm pulumuzu aldılar, həm də qardaşımızı”.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikası ölkədə ən bahalı xəstəxanalardandır.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmirəslanova məxsus olduğu deyilən klinikada adi böyrək daşlarının çıxarılması bir neçə min manata, ürək stendlərinin qoyulması 3-4 min manata həyata keçirilir.
Editor.az məsələyə Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasının özündən münasibət öyrənmək istəsə də, qurumun mətbuata məsul şəxsi olmadığına görə, buna nail ola bilmədi.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər