BolgeXeber.Com » Ölkə » 7 günlük yarmarkaların 40-ı da çıxdı, amma...-Qiymətlər bazardakından fərqlənmir
7 günlük yarmarkaların 40-ı da çıxdı, amma...-Qiymətlər bazardakından fərqlənmir
27-04-2015, 10:05
Oxunub: 5 116
Kilosu 2-2,5 manat olan pomidor-xiyar da bazar qiymətindən fəqlənmir...
“Bayram yarmarkaları 7 gün davam edəcək”.
Bu sözlər kənd təsərrüfatı naziri Heydər Əsədova məxsusdur. Nazir bu sözləri martın 14-də kənd təsərrüfatı yarmarkalarından birinin açılışında demişdi. O vaxtdan artıq 40 gün, bayramın bitməsindən isə bir aydan da çox keçib.
Görünən budur ki, Kənd Təsərrüfatı Nazirliyinin Yeni il və Novruz bayramları ərəfəsində İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Bakıda birdəfəlik kök salacaq.
Əvvəlcə bu yarmarkaların bayram ərəfələrində paytaxt sakinlərinə xidmət göstərəcəyi deyilirdi. Daha sonra isə Bakının müxtəlif yerlərində quraşdırılan yarmarkalar hər həftənin şənbə və bazar günləri olmaqla fəaliyyətini davam etdirdi.
Bu bazarlarda satılan məhsulların keyfiyyəti, kəndlilərin bu yarmarkalarda satışa məhsul çıxarmaq üçün qarşılaşdıqları çətinliklər, nazirliyin təsdiq etdiyi qiymətlə alverçilərin qoyduğu qiymət arasındakı fərq, yarmarkalarda yerli kənd təsərrüfatı malları adı ilə piştaxtalara düzülən xaricdən gətirilmiş məhsullar, təzə kəsilmiş ət əvəzinə dondurulmuş ətin satışa çıxarılması, alıcıların normal bazarlardan aldığı malın qiymətinin bu yarmarkalardakı qiymətlərdən fərqlənməməsi kimi şikayətləri haqda dəfələrlə məlumatlar verilib.
İndi qeyd edəcəyimiz məsələ bazarlardakı məhsulların keyfiyyəti ilə bağlı deyil. Problem sonuncu dəfə Novruz bayramı ərəfəsində Bakıda metroların qarşısında quraşdırılan müvəqqəti satış çadırlarının hələ də fəaliyyətini davam etdirməsidir. Görünən budur ki, əvvəl bayram ərəfəsində təşkil olunacağı deyilən yarmarkalar sonradan hər həftə qurulduğu kimi, bu çadırlar da daimi olacaq.
Bunu virtualaz.org saytının müxbirləri ilə söhbətində satıcılar da təsdiqlədi.
Kənd Təsərrüfatı Nazirliyinin Novruz bayramı ərəfəsində qurduğu çadırlardan ikisi də “Elmlər Akademiyası” metrosunun qarşısındadır. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq bu çadırlar hələ də sökülməyib. Satış isə davam edir.
Bu çadırlarda satılan məhsullara gəlincə isə onu qeyd etməliyik ki, üzərində “Kənd təsərrüfatı məhsullarının satışı” yazılan bu çadırlarda yerli məhsullarımız yoxdur. Malların əksəriyyəti İrandan gətirilir.
Satıcılar isə deyir ki, armuddan başqa bütün məhsullar yerli məhsullardır. Amma nədənsə bu məhsulların qutusu elə İrandan gətirilir. Belə çıxır ki, məhsul özümüzündür, amma qutusu İranın. Yəni məhsul yetişdirə bilirik, amma onu yığmağa qutu tapa bilmirik...
Bu məhsulların qiymətləri də bazarlarda və böyük marketlərdə satılan məhsulların qiymətindən fərqlənmir.
Məsələn, banan yerli məhsulumuz olmasa da hər yerdə demək olar ki, 2 manat 50 qəpikdir. Elə burada da...
Bazara təzəcə çıxarılan alçanın yarım kilosu 7 manatdır…
Limonun 4-5 ədədi bu çadırlarda da 1 manatdır. Elə metro çıxışlarında limon satanlar da onu eyni qiymətə təklif edir...
Kilosu 2-2,5 manat olan pomidor-xiyar da bazar qiymətindən fəqlənmir...
Bayram ərəfəsində nazirlik açıqlama yaymışdı ki, yarmarkaların keçirilməsində məqsəd Bakıda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısını almaqdır…
Bayram bitdi, amma nazirlik hələ də Bakıdakı əhalini düşünür. Satış davam edir, elə qazanc da...

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər