BolgeXeber.Com » Ölkə » Səlim Müslümovun diqqətindən kənarda qalan əlillər... - nədən şikayətçidir?

Səlim Müslümovun diqqətindən kənarda qalan əlillər... - nədən şikayətçidir?

1-05-2015, 12:06
Oxunub: 4 146 Səlim Müslümovun diqqətindən kənarda qalan əlillər... - nədən şikayətçidir?«Biz işıq idarəsində bir problem görmürük. Onlar da istəməz ki, biz işıqsız qalaq. Əslində onlar bizə çox kömək ediblər. Bütün problemi yaradan Nazirlikdir»

Dünən Mərdəkanda gənc əlillər üçün müalicə pansionatının gün ərzində işıqsız qaldıqları barədə məlumat vermişdik. Səbəb kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işıq idarəsinə olan borcu göstərilmişdi. Binada qaz olmadığından əlillər bütün günü ac-susuz qalmağa məcbur olmuşdular.

Bu gün FaktXeber.com-un redaksiyasına həmin pansionatın sakinlərindən olan Fazil İsmailov məktub göndərib. O, bu məlumatı işıqlandırdığımıza görə təşəkkürünü bildirdikdən sonra bir məsələni də aydınlaşdırıb. Fazil İsmailovun sözlərinə görə, bina Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olduğundan, işıq pulunu onlar verməlidirlər. Lakin Nazirlik pulu gecikdirdiyinə görə, işıq idarəsi elektriyi kəsməyə məcbur olub: «Biz işıq idarəsində bir problem görmürük. Onlar da istəməz ki, biz işıqsız qalaq. Əslində onlar bizə çox kömək ediblər. Bütün problemi yaradan Nazirlikdir».

Xatırladaq ki, dünən axşam saatlarından etibarən pansionatda elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin olunandan əlillərlə bağlı bir çox layihələr həyata keçirilib, müsbət yöndə addımlar atılıb. Ancaq görünür Mərdəkandakı müalicə müəssisəsində yerləşən əlillər nazirin diqqətindən kənarda qalıb.
BOLGEXEBER.COM