Şəmkirdə domino və nərd oynayanlar həbs edilir
1-05-2015, 15:22
Oxunub: 6 177
Şəmkir rayonunun Dəllər qəsəbəsində yeməkxana və çayçılarda, istirahət yerlərində nərd və domino kimi stolüstü oyunlar qadağan edilib
Məlum qadağa qəsəbə sakinlərinin böyük narazılığına səbəb olub.Bu barədə “Yeni Müsavat”a qəsəbə sakini Eldar İsmayılov məlumat verib. Onun sözlərinə görə, domino və nərd oynayanlar rayon icra hakimiyyətinin qərarı ilə yerindəcə saxlanılaraq 400 manat cərimə edilir:“Yeni çıxan bu qərar biz qəsəbə sakinlərini çox təəccübləndirdi. Rayon icra hakimiyyətinin müavini Əliyev Qüdrət bu məsələ ilə xüsusi olaraq məşğul olur. Onun göstərişi əsasında sahə müvəkkili qəsəbəni gəzərək istirahət yerlərini ciddi nəzarətdə saxlayır”.
Eldar İsmayılovun sözlərinə görə, adı çəkilən stolüstü oyunların qadağan olunmasının səbəbi haqda vətəndaşlara məlumat verilmir: “Bilirsiz ki, bu cür stolüstü oyunlar əksəriyyət azərbaycanlıların sevimli məşğuliyyətidir. Daha çox yaşılı insanlar yeməkxana və çayçılarda və yaxud digər istirahət yerlərində domina və nərd oynayaraq istirahət edirlər. Birdən-birə bu qadağanın ortaya çıxması insanlara, xüsusən də təqaüdçülərə mənəvi baxımdan çox pis təsir edib. Rayonda öşbaşınalıq baş alıb gedir. İcra hakimiyyəti sakinlərin mənafeyini nəzərə almadan qərarlar çıxardıb onları incitməkdən sanki həzz alır”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər