Qadınını yaşatmaq üçün böyrəyini satır - Azərbaycanda-FOTO
11-05-2015, 21:24
Oxunub: 4 636
Müasir zəmanədə sevdiyi üçün canından belə keçməyə hazır insanları gördükdə, insan təəccüb içində qalır
Sevdiyi qadını öldürən, döyən, təhqir edən kişilər arasında sevdiyi üçün əlindən gələni edən kişilər də var. Əbülfət Məmmədov da bu cür mərd insanlardandır.
AFN.az xəbər verir ki, əslən Şəmkirdən olan Əbülfət həyat yoldaşı Sevinclə çox xoşbəxt bir ailə həyatı yaşayırdı. Ancaq 3 il bundan öncə Sevincdə qəflətən xərçəng xəstəliyi aşkarlanıb. Uzun və bahalı müalicələr onu saytların birində böyrəyini satışa çıxarmağa məcbur edib. O, deyir: “Həyat yoldaşım artıq 3 ildir ki, 4-cü qrup xərçəng xəstəsidir. 35 yaşi var. Iranda əməliyyat olunub. 8 ay kimyəvi terapiyadan keçdi. Bu xəstəliyinə görə 2-ci qrup əlillik verdilər. Ayda cəmi 50 manat müavinat alır. Bu isə onun müalicəsinin xərclərini ödəmir. Ona hər ay vurulan iynənin qiyməti 100 manatdır. Üstəlik, müəyyən müayinələrdən keçməlidir. Çıxılmaz vəziyyətdəyəm. Ona görə böyrəyimin birini satışa çıxardım. Evim olsaydı, onu satıb müalicəsinə sərf edərdim. Evimiz yoxdur. Kirayədə yaşayıram. Gücüm buna çatır”.
- Aylıq gəliriniz nə qədərdir?
- Mən usta yanında fəhlə işləyirəm. Maaşım cəmi 390 manatdır. O puldan 125 manat kredit borcumuza ödəyirəm. Yerdə qalan pulla isə dolanışıq
xərclərimiz qarşılanır. Ötən ay Sevinci müalicə edə bilmədik. Pulumuz çatmadı. Bu ay ağrıları şiddətlənib.
- Bəs müalicə üçün hər ay nə qədər pul tələb olunur?
- Onun müalicəsi üçün hər ay 400-500 manat pul lazımdır. Hazırda Hövsan qəsbəsində kirayədə qalırıq. Bir oğlumuz var 7 yaşında. Əlimdən gələni edirəm ki, Sevinc oğlumuzun toyunu görəcək qədər yaşasın.
P.S. 35 yaşlı Sevinc Məmmədovanın müalicəsi üçün kömək etmək istəyənlər aşağıdakı telefon nömrələri ilə əlaqə yarada bilər: (055)7109822, (055)7109823.(055)7109824. Ev. (012)4576634
Ünvan-Hövsan qəsəbəsi Xanməmmədov küçəi bina13, mənzil 2
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər