BolgeXeber.Com » Ölkə » Avropa Oyunlarına görə imtahanlar təxirə salındı

Avropa Oyunlarına görə imtahanlar təxirə salındı

12-05-2015, 11:03
Oxunub: 5 169 Avropa Oyunlarına görə imtahanlar təxirə salındıBakı Dövlət Universitetinin (BDU) Avropa Oyunlarında könüllü iştirak edəcək tələbələrin semestr imtahanları təxirə salınıb

Bolgexeber.com xəbər verir ki, bu barədə Azvision.az-a BDU-nun tələbələri məlumat verib. Onlar bildirib ki, bu ay üçün nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilərək, iyul ayına təyin edilib.

İmtahanların təxirə salınmasının səbəbi Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır. Belə ki, Bakıda ilk dəfə keçiriləcək yarışlarda könüllü olan tələbələr bu il semestr imtahanlarını mayda yox, iyul ayında verməli olacaq.