Birinci Avropa Oyunlarının məşəli Tərtərdə - Foto
13-05-2015, 10:41
Oxunub: 7 787
Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra dünən günün ikinci yarısında Tərtər şəhərinə gətirilib
Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı.
Tərtər bayram libasını geyinmişdi. Əllərində gül-çiçək, üçrəngli, ay-ulduzlu bayraqlar və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs “Atəşgah” məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılandı. Kəngərli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət edib, şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanların alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və rəngbərəng şarlar buraxıldı.
Oyunların burada yandırılan çırağını 2 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Əlizadə Tərtər şəhərinin gənc sakini Tünarə Məmmədzadəyə təqdim etdi. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayon mədəniyyət evində qorunub saxlanılacaq. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdi.
Tədbir iştirakçıları mərasimdə rayon tarix-diyarşunaslıq muzeyinin qədimi eksponatları ilə, rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə də tanış oldular. Onlar milli adət-ənənələrimizi bu günədək qoruyub saxlayan analarımızın sacda bişirdiyi yuxadan, kətədən, aşdan daddılar, dovğa içdilər. Rayonun idmançılarının və pəhləvanlarının çıxışlarına tamaşa etdilər. “Maral”, “Hakışta”, “Yallı” milli oyunlarımızı seyr edib, saz-söz ustalarını dinləyib konsert proqramına baxdılar.
Məşəlin qarşılanma mərasimi rayon ictimaiyyəti tərəfindən böyük coşğu ilə başa çatıb.
BOLGEXEBER.COM
[/center]
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial