BolgeXeber.Com » Ölkə » Xətai Dövlət Yol Polisi şöbəsinin rəisi haqda şok məlumat - “avtoş” yarışmaları təşkil edir
Xətai Dövlət Yol Polisi şöbəsinin rəisi haqda şok məlumat - “avtoş” yarışmaları təşkil edir
15-05-2015, 14:56
Oxunub: 6 228
Əsasən məmur övladlarından ibarət “yarışmaya” Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynov şəxsən özü tamaşa edir
BOLGEXEBER.COM bildirir ki,editor.az-ın elektron ünvanına Xətai rayon Dövlət Yol Polisi şöbəsinin qanunsuz fəaliyyəti ilə bağlı maraqlı informasiya daxil olub.
Zahid Ağayev adlı şikayətçi bildirir ki, hər gün axşam yol polisi əməkdaşlarının iştirakı ilə bir qrup “avtoş” rayonun “Zığ yolu” adlanan ərazisində maşın yürüşü keçirir.
Əsasən məmur övladlarından ibarət “yarışmaya” Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynov şəxsən özü tamaşa edir:
“Hətta elə olur ki, Vüqar Hüseynovun özü də bu “yarışmalarda” iştirak edir. Buna etiraz edənlərə qarşı isə çox sərt münasibət göstərilir. Həmin zaman yola verilən şikayətçilərin maşın nömrələri götürülür. Vüqar Hüseynovun şəxsən tapşırığı ilə Xətai rayon yol polisi əməkdaşları tərəfindən təqib edilir. Ən xırda nöqsan aşkarlanan kimi, onları məsuliyyətə cəlb edirlər. Əsasən bu işlə Xətai DYP-nin İsmayıl adlı əməkdaşı məşğul olur. O, “Babək” prospekti ilə “Təbriz” küçəsinin kəsişməsində etirazçı sürücüləri saxlayır, onlarla qanuni müstəvidə danışır. Şikayətçiyə cərimə yazdıqdan sonra ona “Vüqar müəllimə qarşı çaşmısan, ona görə, cavabını aldın” deyərək, acıq verir”.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova və Bakı şəhər DYP-sinin rəisi Nurşirəvan Muxtarova dəfələrlə şikayət etsə də, ona heç bir cavab verilməyib.
Xətai DYP-sinin rəisi Vüqar Hüseynov açıq şəkildə deyir ki, “Mən Respublika “QAİ”sindən bura təyinat almışam. Heç kimi hərləmirəm, get kimə istəyirsən de. Yarışı mən keçirirəm, qanunsuz da olsa mən keçirirəm, qanuni də”.
Editor.az məsələyə Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, polkovnik Kamran Əliyevdən münasibət öyrənmək istəsə də, onunla əlaqə yarada bilməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər