BolgeXeber.Com » Ölkə » Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı-FOTO

Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı-FOTO

15-05-2015, 19:28
Oxunub: 4 844 Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı-FOTOBel qiymətlər heç Avropada yoxdur

Lakin bəzən dövlətin büdcəsindən ayrılan pullar hesabına abadlaşdırılmış və əhali üçün açıq olan yerlərdə bu uğurlardan sui-istifadə edənlər də var. Dəfələrlə ölkə mətbuatında Bakı Bulvarında qiymətlərin baha olmasına dair xəbərlər yer alıb. Hər kəsin istifadə etməli olduğu və dövlətimizin öz vətəndaşları üçün yaratdığı bu şəraiti öz şəxsi gəlirlərini artırmaq üçün istifadə edə niş adamları tapılır. Bakı Bulvarı hansısa qapalı və xüsusi təyinatlı əyləncə məkanı hesab olunmur. Bu səbəbdən də burada qiymətlərin baha olmasına uşaqdan-böyüyə, qocadan-cavana, qonaqdan yerli sakinlərə qədər kəsin etiraz etmə haqqı var. Xüsusilə də Bakıda bu günlərdə keçiriləcək mühim yarışma ərəfəsində qiymətlərin Avropanın ən bahalı şəhərlərindən də baha olması narahatlıq doğurur.

Teref.info şikayət edən vətəndaşlar Bakı şəhəri, Neftçilər prospekti ev 58 ünvanında yerləşən «Sea Port»da qiymətlərin həddən artıq baha olmasından narazıdırlar. E.Ağayevə məxsus olduğu bildirilən «Sea Port» restoranında bir fincan sadə kofenin qiyməti nə az, nə çox tam 3 manatdır. İki fincan kofe içmək istəyən vətəndaş burada 6 manat ödəməlidir. Bu restoranda istirahət etmək istənilən vətəndaş yalnız 50 qram viski içmək istəsə bunun üçün 3 manat ödəniş etməlidir. Avropanın ən mərkəzi meydanlarında belə 1 fincan sadə qəhvənin qiyməti 1-1.5 ABŞ dollarıdır. «Sea Port»da qiymətlərin baha olmasından şikayətlənən vətəndaşlar deyir ki, edilən ödənişlərə görə çek əldə etmək də kifayət qədər çətindir.
Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı - Bel qiymətlər heç Avropada yoxdur
Qeyd edək ki, Bakı Bulvar İdarəsi dəfələrlə media vasitəsilə qiymətlərin baha olmasından narazı olan vətəndaşları arxayın edir ki, bununla bağlı müvafiq olaraq mütəmadi tədbirlər həyata keçirilir. Məhz bu faktların və bizə təqdim edilən kassa mədaxil çeklərinin də araşdırılacağını güman edirik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı-FOTO
Bakı Dəniz Vağzalında " Sea Port" restoranı türistləri "soymağa" tam hazırdı-FOTO