Sumqayıt maşın bazarına hansı məmur müştəri düşüb?
16-05-2015, 17:58
Oxunub: 15 456
"Vicdan Sabir"in zərərsizləşdirilməsinin şok təfərrüatları məlum oldu
İş adamı İsgəndər Xəlilova məğlub olan Sabir Tarverdiyev Belarusda böyük biznes qurub
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışında bir sıra maraqlı məsələlərə toxunub. Ölkə başçısı iş adamlarına yaradılan şəraitdən danışaraq bildirib ki, Azərbaycanda biznes mühiti çox müsbətdir: "Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər.
Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır". Bəlli olduğu kimi, ölkəmizdə son illər sahibkarlığın inkişafı istiqamətində mütərəqqi işlər görülüb, iş adamlarının ayrı-ayrı biznes sahələrinə sərmayə yatırmasına şərait yaradılıb. Təəssüf ki, bəzi hallarda sahibkarlar onlara yaradılan şəraiti düzgün qiymətləndirmir, etibardan sui-istifadə hallarına yol verirlər. Məlumat üçün bildirək ki, bu ilin dövlət büdcəsinin böyük hissəsinin Vergilər Nazirliyinin xəttilə yığılacaq vergi vəsaitlərinin təşkil edəcəyi proqnozlaşdırılır. Lakin bəzi iş adamları il ərzində külli miqdarda gəlir əldə etsələr də, vergi ödəməkdən boyun qaçırırlar. Haqqında danışacağımız iş adamının da dövlətə vergi verməklə arası yoxdur. Söhbət "Vicdan Sabir" kimi tanınan iş adamı Sabir Tarverdiyevdən gedir. O, Sumqayıt şəhərində fəaliyyət göstərən maşın bazarının, eyni zamanda bir neçə iri ticarət obyektinin sahibidir. Hətta bir ara özünü siyasətdə də sınamaq qərarına gəlmişdi. Milli Dövlətçilik Hərəkatı Partiyasının sədri kimi siyasətdə heç bir uğur qazana bilmədi. Yayılan söz-söhbətlərə görə, adıçəkilən iş adamı müxalifət nümayəndələrini dəstəkləyir və müəyyən məqamlarda iqtidarın əleyhinə danışan şəxslərin yanında olur. Bu haqda bir qədər sonra danışacağıq. Xatırladaq ki, bir müddət öncə Sabir Tarverdiyevin rəhbərlik etdiyi "Vicdan" MMC külli miqdarda vəsaiti vergidən yayındırdığına görə Sumqayıt maşın bazarının fəaliyyəti dayandırılmışdı. İddialara əsasən, iş adamının dövlətə 2 milyon manata yaxın vergi borcu olub. Bəzi şəxslərin məsələyə müdaxilə etməsindən, həmçinin bazar rəhbərinin borcunun bir hissəsini ödəməsindən sonra obyektin fəaliyyətinə icazə verildi. Buna baxmayaraq, sözügedən maşın bazarında vergidən yayınma halları yenə də mövcuddur. Üstəlik, bazarın sahibi icarədarları incidir, onların hüquqlarını pozur. Sumqayıtın maşın bazarında işləyən və adının çəkilməməsini xahiş edən şəxsin redaksiyamıza verdiyi məlumata görə, Sabir Tarverdiyev ildə bir neçə dəfə yer pullarını heç bir səbəb olmadan qaldırır: "Mən avtomobil ehtiyat hissələri satıram. Bazarda mənim kimi yüzlərlə adam işləyir. İnandırım sizi, onların heç biri müdiriyyətin fəaliyyətindən razı deyil. Manat dəyərdən düşəndən sonra alver xeyli zəifləyib. Bu saat çox yerdə vəziyyət belədir. Dolların bahalaşması bizim işimizə əhəmiyyətli dərəcədə təsir göstərib. Elə ay olur ki, yer pulunu yığıb verə bilmirik. İşimizi itirməmək üçün borc-xərc edib icarə pulunu veririk. Bazarın rəhbəri Sabir müəllim isə vəziyyətimizi nəzərə almır. Mayın 1-dən yer pulları növbəti dəfə qaldırıldı. Səbəbini soruşanda adamı peşiman edirlər, deyirlər ki, xoşunuz gəlmirsə şələ-şülənizi yığıb gedə bilərsiniz. Bir tikə çörəyin dərdindən səsimizi çıxara bilmirik. Hər dükandan əlavə olaraq ayda 60-100 manat arasında vergi pulu yığılır. Halbuki, heç bir dükanda kassa nəzarət aparatı yoxdur. Yığılan pulların az hissəsi dövlətə ödənilir. Qalanı iş adamının cibinə gedir. Qış aylarında soyuqdan donuruq. Bazarın sahibi elektrik sobalarından istifadəyə imkan vermir. Səbəb kimi yanğın hadisəsinin baş verə bilməsini göstərirlər. Biz də məcburiyyət qarşısında qış vaxtı ocaq qalayıb isinirik. Ən dəhşətlisi isə odur ki, ayda 10 manat işıq yandırmadığımız halda, bizdən 20-30 manat tələb edirlər. Buna etiraz edən şəxslərin dükanını bir günün ərzində boşaldıb yola salırlar". Məlumatlı şəxs həmçinin deyir ki, şənbə və bazar günləri bura minlərlə maşın gətirilir: "Hər maşına görə sürücülərdən 10 manat yığılır. Bazara giriş üçün alınan pulun illik dövriyyəsi yarım milyondan çox edir. Amma bu vəsait vergidən yayındırılır". Onu da diqqətinizə çatdırmaq istəyirik ki, Sabir Tarverdiyevin adı bir müddət əvvəl iş adamı İsgəndər Xəlilovla qarşıdurmada hallandırılıb. Belə ki, bir neçə il əvvəl bazarın vergi borcuna görə bağlanması Qanlı göl maşın bazarının sahibi İsgəndər Xəlilovla əlaqələndirilib. "Bütün bu işlər Qanlı göldə açılan yeni maşın bazarının işləməsi üçündür. Sumqayıt bazarı Azərbaycanda ən böyük maşın bazarıdır. Burada hər həftə 5-6 min maşın satılır. Bu bazar durduqca Qanlı göldəki bazar işləməyəcək. Bunu Qanlı göl bazarının sahibi İsgəndər Xəlilov da bilir. Sumqayıt bazarı onun sifarişi ilə bağlanıb"-deyə məlumatda bildirilib. Sabir Tarverdiyev də bazarın bağlanmasının arxasında İ.Xəlilovun durduğunu söyləyib: "Bazar onun sifarişi ilə bağlanıb. Qanlıgöldəki bazar onundur. Məndə olan məlumata görə, həmin bazarın tikilməsi üçün külli miqdarda pul xərclənib. Həmin pul Rusiya banklarından götürülüb. İndi ruslar pulunu tələb edir. Bazar isə işləmir. Hamı Sumqayıt bazarına üz tutur. Bu səbəbdən bazar bağlanıb". Başqa bir iddiaya görə isə Sumqayıt maşın bazarının ərazisinə yüksək vəzifəli məmurlardan biri müştəri düşüb: "Maşın bazarı həddən artıq bahalı və gəlirli yerdə yerləşir. Həmin məmur Rusiya yolunun üstündə olan bu ərazinin başqasında olmasını istəmir. Ona görə də nəyin bahasına olur-olsun əraziyə sahiblənmək niyyətindədir". Deyilənə görə, "Vicdan Sabir" Azərbaycanda vergidən yayındırdığı milyonlar hesabına Belarusda böyük biznes qurub. Növbəti saylarımızda onun talışlarla işbirliyi, Belarusdan gətirtdiyi şokoladları maşın bazarında satdırması və müxalifətə olan yaxınlığı haqda şok faktları dərc edəcəyik. Bizi izləyin.(gundelik-baku.com)
Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər