BolgeXeber.Com » Ölkə » «Az qalıram intihara əl atam…» - Eyvaz Hüseynovdan şikayət

«Az qalıram intihara əl atam…» - Eyvaz Hüseynovdan şikayət

18-05-2015, 16:46
Oxunub: 7 159 «Az qalıram intihara əl atam…» - Eyvaz Hüseynovdan şikayətVerdiyi vədləri yerinə yetirməyən icra başçısı - İki şəhid verən ana cəza tələb edir

Xocavənd rayon Qaradağlı kənd sakini Sevil Rəşid qızı Əzizova tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, iki oğlu universitet tələbəsi olsa da, o vaxtı təhsillərini yarımçıq qoyaraq Qarabağ döyüşlərinə yollanıblar:

«Hər iki oğlum - Alov və Atəş eyni gündə, 1992-ci ilin fevral ayının 17-də doğulduqları Qaradağlı kəndində şəhid oldular. Cənab Prezident İlham Əliyev Avropa Şurasının tribunasından oğlanlarımın xüsusi amansızlıqla qətlə yetirilməsindən danışıb. 2008-ci ildə Prezident tərəfindən mənzillə təmin edildim, cənab prezident və xanımı həmin mənzilə qonaq gəldi.

O vaxt «Qaçqınkom»un sədri Əli Həsənov Xocavəndin icra başçısı Eyvaz Huseynova evin bütün əşyalarının alınması tapşırığını da verdi. Lakin icra basçısı və müavini Azər Süleymanov oğlum Ataman Əzizovu kənara çəkərək dedi ki, bizə evin əşylarının, mebel dəstəinin alınması tapşırığını veriblər. Ancaq onlar həmin mebeli nisyə götürəcəklər. Yəni o əşyaların pulunu biz ödəyəcəyik».

Sevil Əzizova deyir ki, oğlu etiraz etdikdə, onu hədələyiblər:

«Beləliklə, Prezident evimizə qonaq olan zaman Əli Həsənov məruzə etdi ki, ev bütün əşyaları ilə birlikdə sizin şəhid anasına hədiyyənizdir. Ancaq nə Əli müəllimin, nə də cənab prezidentin icra başçısının çirkin əməllərindən xəbəri yox idi. Necə ki, biz bu günədək həmin mebel və əşyaların pulunu ödəyib, qurtara bilmirik. İcra başçısı və onun saxta diplomlu müavininin bu fırıldağına isə hüquqi qiymət verilməyib. Biz isə bu günədək əziyyət çəkirik. Bu adamlar cənab prezidenti və komitə sədrini də utanmadan aldadıblar».

Şikayətçi Eyvaz Hüseynovun rayona ayrılan vəsaitləri saxta sənədlərlə talan etdiyini iddia edərək, ölkə rəhbərliyndən onlara kələk gələn icra başçısı ilə müavininin cəzalandırılmasını xahiş ediblər: «Artıq bu haqsızlığa dözə bilmirəm. Az qalıram intihara əl atam…». (mia.az)