Əkbər Hacıyevi Suraxanıda əl-əl axtarırlar
20-05-2015, 11:31
Oxunub: 5 397
Suraxanı Qaz İstismar Sahəsinin rəisi də "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin yaxın qohumudur
Son günlər Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qazın verilməsində problemlər yaşanır. Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər. Verilən məlumata görə, gündüz saatlarında qazın təzyiqi azalır, gecə saatlarında isə bir az artır. Artıq yaz fəslini yaşayırıq. Qazdan o qədər də istifadə edilmir. Bu baxımdan qazın həcminin azalması anlaşılan deyil. Çünki qazın verilməsində problemlər qış aylarında da belə idi. Sakinlər bildirirlər ki, qazın həcminin az olması onları çətin duruma salıb. Vətəndaşlar bildirir ki, karta kifayət qədər pul yükləyirik: "Amma normal qaza həsrət qalmışıq. Düşündük ki, kart sisteminə keçid bizim işimizi daha da asanlaşdıracaq. Amma əksinə, bizə kifayət qədər problem yaratdı. Nə qışda, nə də yayda normal qazla təmin olunmadıq. Başa düşə bilmirik ki, nə etmək istəyirlər. Vaxtında camaat qaz pulu ödəməyəndə heç qazın həcmi bu qədər az olmazdı. Amma indi hər şey asanlaşıb. Nə qaz pulu yığmaq üçün qapı-qapı düşürlər, nə də əsəbləri korlanır. Amma vətndaşlara çətinlik yaradırlar. Ona görə də müvafiq qurumlara səslənirəm ki, camaatın qaz problemini yoluna qoysunlar".
Sakinlər dəfələrlə qaz təminatındakı nöqsanlarla bağlı Azəriqaz" İstehsalat Birliyinin Suraxanı Qaz İdarəsinə müraciət etsələr də, müraciəti araşdıran olmayıb. Deyilənə görə Suraxanı Qaz İdarəsinin fəaliyyətində nöqsanlar yaşanır. Orada çalışanların hamısı idarə rəisinin yaxın adamlarıdır. Ona görə də idarəyə daxil olan şikayətlərə baxmırlar. Vətəndaşları narahat edən məsələlərə reaksiya vermirlər. Müəssisə rəhbəri isə işçilərə gözün üstündə qaşın var demir.
Əldə etdiyimiz məlumata görə, Suraxanı Qaz İstismar Sahəsinin rəisi də "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin yaxın qohumudur.
Bütün bunlar onu göstərir ki, Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacıyevə arxalandığından üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Vətəndaşların problemləriylə maraqlanmır. Qeyd edək ki, Əkbər Hacıyev vəzifəyə gələndən bəri bu sahədə problemlərin sayı durmadan artıb. Təkcə vətəndaşların qazla təmini məsələsi deyil, eləcə də də dəm qazından boğulma hallarının sayı həddən artıq çoxalıb.
Bütün bunlar "Azəriqaz" rəhbərinin fəaliyyətsizliyinin göstəricisi kimi qiymətləndirilir. Ona görə də belə şəxsin vəzifə başında qalması heç kəs üçün arzuolunan deyil. Başverənlər "Azəriqaz" sədrinin vəzifədən getməsi üçün çox mühum səbəblərdir.
Qeyd edək ki, "Qaz təchizatı" Haqqında Qanuna görə, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir. Yeni qazlaşma sahəsində vəziyyət çox ağırdır. Əvvəllər əhaliyə təbii qaz təmizlənib, ziyanlı, yanmayan qazlardan, tərkibindəki toz, qum qatışığından ayrılaraq verilirdi. O vaxt istehsal edən ayrı təşkilat (ARDNŞ), istismar edən (Azəriqaz QSC) ayrı təşkilat idi.
Çox Oxunanlar
- 12-10-2024, 17:50 : Məşhur bazarda güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 8-10-2024, 16:47 : "Sihirli annem"in aktrisası bu üsulla 41 kiloqram arıqlayıb
Şou-Biznes
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 7-10-2024, 17:58 : Əliyev və Putin arasında görüşlər keçiriləcək
Siyasət / Xəbərlər
- 5-10-2024, 14:54 : Kənan MM xəstəxanaya düşdü
Şou-Biznes
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 9-10-2024, 17:27 : Damlanın yeni görünüşü tənqid edildi
Şou-Biznes
- 3-10-2024, 16:56 : DƏHŞƏTLİ OLAY- Aerodrom vuruldu
Dünya / Xəbərlər