BolgeXeber.Com » Ölkə » Etibar Pirverdiyevin şimal itkisi

Etibar Pirverdiyevin şimal itkisi

20-05-2015, 15:13
Oxunub: 6 930 Etibar Pirverdiyevin şimal itkisiMəmurun Qusardakı mövqeləri xeyli zəifləyib, külli miqdarda qazanc gətirən istirahət mərkəzləri bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

Səlahiyyətlərinin əsas hissəsini itirməsi "Azərenerji" sədrinə baha başa gələ bilər

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev artıq əvvəlki nüfuzunu itirib. Cəmiyyət sədrinin əsas səlahiyyətlərinin əlindən alınması bunun bariz göstəricisidir. Bir vaxtlar ölkəmizin enerji sektorunda böyük paya sahib olan məmur yavaş-yavaş bu imkanlardan məhrum edilir.

Onun yuxarıların hədəfinə çevrilməsi nəzarəti altındakı şimal rayonlarına da öz təsirini göstərməkdədir. Heç kimə sirr deyil ki, şimal rayonlarının bir neçəsi, o cümlədən Qusar Etibar Pirverdiyevin kurasiyasındadır. Rayonun icra başçısı Şair Alxasovun onun adamı olması haqda mətbuatda dəfələrlə informasiya verilib. Öz növbəsində yerli sakinlər isə icra başçısının hüquq normalarına uyğun gəlməyən əməllərinə etiraz olaraq müxtəlif dövlət qurumlarına müraciətlər ediblər: "İnsanların burada çörək qazanacağına ümid yeri olmadığından rayonda bir bədbinlik hiss olunur. İnsanlar çörək pulu dalınca Rusiya bazarlarına axışır. Qusarda dolanışıq üçün mənbə yoxdur. İcra başçısı camaatın problemləri ilə maraqlanmır. Əksinə, rayonun mərkəzi parkında özünə restoran tikdirib. Kəndlilər torpaq sahələrini, örüşləri itirir, səfalı yerlər əllərindən alınır. Mal-qara otarmağa yer qalmayıb. Əhali əkdiyi məhsuldan da xeyir götürə bilmir. Həftələrlə su olmur. Məhsul yanıb zay olur. İcra başçısı Şair Alxasov yerli adam olsa da, onun başı Qusardakı kommersiya fəaliyyətinə qarışıb. Onun rayon ərazisində müxtəlif obyektləri var. Əsas gəlir qaynaqları restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük super-marketlərdən ibarətdir. Ancaq bu biznes təkcə icra başçısına məxsus deyil. "Azərenerji" ASC-nin sədri də rayonda biznes imkanlarına sahibdir. Məsələn, Laza kəndindən yuxarıda yerləşən "Suvar" istirahət mərkəzi məmurun nəzarəti altında fəaliyyət göstərir. Ərazi hər tərəfdən dəniz səviyyəsindən 1850 mhündürlükdə olan dağlarla əhatə olunub. Bu obyekt qış və yay turizmi üçün çox əlverişlidir. Mövsüm ərzində istirahət mərkəzinə yüzlərlə xarici və yerli turist gəlir. Bunun nəticəsində böyük miqdarda qazanc əldə olunur. Məmurun rayon ərazisindəki obyektlərinin sayı çoxdur. Bunlardan biri də Əniğ kəndində, Şahdağın ətəyində yerləşən "Park Qusar" istirahət mərkəzidir. Kompleksdə qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Vaxtilə buranın tikintisinə bir neçə milyon sərf olunub. Tikinti zamanı yüzlərlə çoxillik ağac məhv edilib. Etibar Pirverdiyev hər yay bura gəlib istirahət edir. Amma baş verən son hadisələrdən, yəni sədrin səlahiyyətlərinin müəyyən hissəsini itirməsindən sonra durum xeyli dəyişib. Qusar və digər şimal rayonları getdikcə "Azərenerji" rəhbərinin nəzarətindən çıxır. Bunu görən yüksək rütbəli məmurlardan biri şimal rayonlarına sahiblənmək uğrunda gizli mübarizəyə başlayıb. Bu məqsədlə ASC sədrinin barəsində lazımi bilgiləri yuxarılara çatdırır". Məlumatda deyilir ki, Pirverdiyevin biznes səltənəti əsasən Qusar rayonunda cəmləşdiyindən həmin məmur ilk növbədə bu rayonda qələbə qazanmaq niyyətindədir: "Deyilənə görə, məsələdən agah olan ölkənin baş energetiki rayondakı biznes obyektlərini satmaq qərarına gəlib. Əgər o cəld tərpənməsə, bəlkə də həmin istirahət mərkəzlərini itirəcək. Hazırda yuxarılarda onun rəhbəri olduğu qurumun ləğvi məsələsi gündəmə qoyulub. Çox güman ki, "Azərenerji" ASC-də də struktur islahatları aparılacaq. Belə olsa, sədrin həbsi və əmlakının müsadirəsi məsələsi ciddiləşə bilər".gundelik-baku

Mövzu ilə bağlı qarşı tərəflərin də cavab haqqını tanıyırıq.