“Oligarch” mağazasında müştərilər aldadılır
20-05-2015, 18:56
Oxunub: 5 056
Atalar yaxşı deyib – gözəllik ondur, doqquzu dondur. Lakin əfsuslar olsun ki, bu gün gözəllik arxasınca gedən bəzi gənclər geyimlərin keyfiyyəti haqda düşünmürlər
Əsas odur ki, yaxşı görünsün, dəbə uyğun olsun və məşhur brendə məxsus olsun. Lakin çoxları saxta brendlərin hansı fəsadlara yol açdığından xəbərsizdirlər. Həkimlər isə belə paltarların hətta müxtəlif xəstəliklərə səbəb olduğunu deyirlər: “Saxta brendlərin əksəriyyəti bəzən dərini qıcıqlandıra bilər. Hətta allergiyaya da səbəb ola bilər. Çünki belə paltarlar adətən keyfiyyətsiz parçalardan tikilir. Bu səbəbdən də alıcılar geyindikləri paltarlara qarşı diqqətli olmalıdırlar. Keyfiyyətsiz paltar geyinmək məsləhət deyil.” Psixoloq və sosioloqlar isə hesab edirlər ki, cəmiyyətdə geyim və saç düzümü ilə diqqət çəkmək istəyənlər mənəvi cəhətdən xəstə, kasıb insanlardır. Mütəxəssislər bu sırada gənclərin olmasından ciddi narahatlıq keçirirlər. Bu gün Azərbaycanda, xüsusilə də paytaxt Bakıda brend markalara məxsus malların satışı üzrə ixtisaslaşmış mağazaların sayı olduqca çoxdur. Hətta bəzən fikirləşirsən ki, deyəsən bu və ya digər brend məhsulun istehsalçısı yalnız Azərbaycanın istehlak bazarı üçün işləyir. Amma əslində vəziyyət tam başqadır. Etiraf etmək lazımdır ki, bu gün hətta yüksək zövq və dəbdəbə ilə bəzədilmiş bir çox dükanlarda alıcılara təqdim olunan “dünya brendləri” sadəcə saxtalaşdırılmış marka və ya zay məhsuldur. Redaksiyamıza daxil olmuş yeni bir məlumatda da paytaxtın 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Oligarch” kişi geyimləri mağazasında müştərilərə bu cür keyfiyyətsiz məhsulların satıldığı iddia olunur. Belə ki, vətəndaş Aynurə Orucova bildirir ki, o, bir müddət bundan əvvəl həmin mağazadan öz qardaşı üçün 150 manat qiyməti olan brend markalı bir şalvar almışdır. Lakin aradan az bir müddət keçdikdən sonra məhsul istifadəyə tamamilə yarasız bir hala düşmüşdür. Bundan sonra şikayətçi yenidən mağazaya müraciət edərək ona dəyən zərərin ödənilməsini tələb etmişdir. Lakin mağazanın əməkdaşları bundan imtina etmişlər. Qeyd edək ki, “Oligarch” kişi geyimləri mağazasında “Brioni”, “Roberto Covalli”, “Zilli” və digər bu kimi brend markalara məxsus olduğu iddia edilən məhsullar satılır. Həm də bu malların qiymətləri də kifayət qədər yüksəkdir. Uzun illər bu sahədə çalışan bir tanışım bu mövzuda olan söhbətimiz əsnasında belə bir fikir bildirmişdi: “Brend malın saxtası Azərbaycanda hazırlanmır. Əslində, onlar hazırlandıqları fabriklərdən yararsız olaraq satışa çıxarılır. Yəni bu saxta dediyimiz brendi də məhz məşhur brendlərin fabrikləri istehsal edir. Sadəcə, bunlar fabriklərdə düzgün tikilməyən mallardır. Bizim işbazlar isə həmin malları ucuz qiymətə alır, sonra da baha qiymətə satırlar. Yəni bir sözlə, Bakı mağazalarının əksəriyyətində dünyaca məşhur brendlərin yararsız mallarıdır.” Elə “Oligarch” kişi geyimləri mağazasında da məsələn, guya ki, “Brioni” brendinə məxsus olan adi bir kəmər müştərilərə 400 manata təklif olunur. Amma məsələ bundadır ki, həmin bu 400 manatlıq kəmərin elə həmin mağazadan alınmış 150 manatlıq şalvarı beldə saxlayıb-saxlamayacağı böyük sual altındadır. Odur ki, hörmətli oliqarxlıq iddiasında olanlar, ehtiyyatlı olun!
Çox Oxunanlar
- 12-10-2024, 17:50 : Məşhur bazarda güclü yanğın baş verib
Dünya / Xəbərlər
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes