BolgeXeber.Com » Ölkə » Müəllimlərin puluna təmir edilən təhsil şöbəsi dağılır – Beyləqanda
Müəllimlərin puluna təmir edilən təhsil şöbəsi dağılır – Beyləqanda
21-05-2015, 11:10
Oxunub: 4 782
Yağış yağarkən, bu otaqların müxtəlif yerlərindən su damır
Beyləqan Rayon Təhsil Şöbəsinin binası bir il əvvəl təmir olunub. Təmir 43 min manata başa gəlib. Binaya xərclənən 43 min manat isə bütövlükdə rayondakı məktəb direktorlarından yığılıb.
Bu barədə Tia.az-a verilən məlumata görə, direktorların da həmin pulları müəllimlərdən yığdıqları bildirilir. Təmirdən sonra bina xarici görünüşcə qonşu binalara bənzəsə də, binanın daxili bərbad vəziyyətdə qalıb. RTŞ binası ilə yanaşı Heydər parkında yaxın vaxtlarda inşa olunmuş Heydər Əliyev mərkəzi, Gənclər mərkəzi və Şahmat məktəbi kimi binalar da var.
Ancaq təhsil şöbəsi binasının daxilində iş otaqlarını işçilər hərə öz otağını təmir etdirsə də, ümumi iclas zalı və inventarlar üçün anbarın tavanı təmir olunmayıb. Yağış yağarkən, bu otaqların müxtəlif yerlərindən su damır. Bu su damcıları uzun müddət davam edir.
Ona görə də iclas zalının və inventarlar üçün anbarın divarları kiflənib, döşəmələr isə çürüyüb. Adıçəkilən otaqlardakı bərbad vəziyyəti kimlərinsə daxil olub görməməsi üçün həmin otaqların qapıları mismarlanaraq daimi olaraq qapadılıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər