BolgeXeber.Com » Ölkə » Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO

Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO

25-05-2015, 15:56
Oxunub: 4 823 Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTOAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan Bərdə və Şamaxı məktəblilərinin görüşü yaddaqalan olub

Gül-çiçək dəstələri ilə, əsl Şirvan qonaqpərvərliyi ilə qarşılanan bərdəlilər elə ilk anlardan özlərini evlərindəki kimi sərbəst hiss ediblər.
Hər iki rayon məktəbliləri dövlət himnimizi oxuyublar.
Şagirdlər, müəllimlər və valideynlər, dövlət və ictimai təşkilatların nümayəndələri Şamaxı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev görüşdə Bilik Fondunu 1 yaşının tamam olması münasibətilə təbrik edib, qurumun xoşməramlı layihələrinin cəmiyyətdə razılıqla qarşılandığını bildirib. O, bərdəli qonaqlara Şamaxının tarixinə aid hədiyyələr təqdim edib.
Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Rzayev bərdəlilərin salamlarını Şamaxı rayon rəhbərliyinə çatdırıb.
Bərdəli şagirdlər Cümə məscidində, Müəllimlər İnstitutunun Şamaxı filialında, Tarix-Diyarşünaslıq Muzeyində olublar. Onlar, həmçinin M.Ə.Sabirin məqbərəsini, ev muzeyini, bu il anadan olmasının 180 ili tamam olan Seyid Əzim Şirvaninin məzarını ziyarət ediblər. Məktəblilər Şamaxı Rayon İncəsənət Təhsili Mərkəzində dahi alman bəstəkarı İohan Sebastyan Baxın 330 illiyinə həsr olunan konsertə də baxıblar.
Məktəblilər, həmçinin Fövqəladə Hallar Nazirliyinin şəhərdəki hərbi hissəsində olublar. Onlar əsgərlərin yataq, yemək, məişət, mətbəx, təlim otaqlarına baxıb, birgə yemək yeyib, müxtəlif təyinatlı avadanlıq, hərbi texnika ilə tanış olublar. Məktəblilərin və əsgərlərin birgə musiqili-əyləncəli görüşündə mahnılar, şeirlər səslənib, halay çəkilib. “Yallı”ya 4-5 yaşlı uşaqlardan başlamış yüzdən çox əsgər, valideyn, məktəbli, müəllim qatılıb.
Fondun nümayəndəsi Hacı Abdulla qurumun silahlı qüvvələrimizlə əməkdaşlıq əlaqələrindən, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətindən danışıb. O, bu unudulmaz görüşdən xatirə olaraq hərbi hissəyə Bilik Fondunun hədiyyələrini təqdim edib.
Bərdə məktəbliləri layihənin ənənələrinə uyğun olaraq şamaxılı dostlarının evlərində gecələyiblər. Layihənin tərəfdaşları - akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki lisey və Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi arasında bilik yarışı keçirilib. Hər iki rayon ziyalılarının izlədiyi yarışmada qaliblərlə birlikdə ən zəiflər də hədiyyələr qazanıblar. Bilik Fondunun Bərdə rayon nümayəndəsi Vidadi Süleymanova və Şamaxı rayon nümayəndəsi Gülnur Babaşovaya 2014-cü il sentyabrın 12-də keçirilən ilk görüşdə imzalanmış “Qardaşlaşmış məktəblər” müqaviləsində nəzərdə tutulan öhdəlikləri ilboyu layiqincə yerinə yetirdiklərinə görə bu layihənin ideya müəllifi olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin kitabları hədiyyə edilib.
Ötən il Bərdədə keçirilmiş maraqlı görüşdən sonra reallaşan bu unudulmaz səfər də Azərbaycanın iki qədim paytaxtının, mədəniyyət mərkəzinin daha da doğmalaşmasına, böyüməkdə olan nəslin ölkəmizi yaxından tanıyıb sevməsinə geniş imkan açıb.
BOLGEXEBER.COM
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO
Bərdəli məktəblilərin Şamaxıda unudulmaz görüşləri-FOTO