BolgeXeber.Com » Ölkə » Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)

Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)

26-05-2015, 10:47
Oxunub: 4 276 Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)Tərtərdə çıraq ətrafında silsilə tədbirlər davam edir

Mayın 25-də Tərtər Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində saxlanılan İlk Avropa Oyunlarının çırağı ətrafında növbəti tədbir keçirmişdir.

Tədbirdə şəhər 5 saylı, Səhləbad, Düyərli kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər. Tədbir şəhər 5 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış musiqili kompozisiya ilə başlamış, sonra digər məktəblərin şagirdləri də onlara qoşulmuşlar. Məktəbilər İlk Avropa Oyunlarına həsr olunmuş mahnılar oxumuş və şerlər demişlər.

Tədbirdə qocaman idmançı Sabir Zeynalov çıxış edərək bu günlərin Azərbaycan Respublikasının tarixində ən əlamətdar bir dövür olduğunu, Dünya birliyində özünə layiqli yer tutan doğma vətənimizin Bakı 2015 I Avropa oyunlarının mərkəzinə çevrildiyini, Avropa ölkələrinin 6 mindən çox idmançısının yarışmaq üçün ölkəmizə qonaq gələcəyini bildirmiş, qeyd etmişdir ki, Bakıda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yandırılan I Avropa oyunlarının məşəli respublikamızın bir sıra rayonlarında alovlandırılmış, o cümlədən də mayın 12-də tərtərlilər tərəfindən qarşılanan məşəl alovlandırılaraq rayonumuzun gəncləri və idmançıları arasında böyük ruh yüksəkliyi yaratmışdır.

Tədbirdə iştirak edən yeniyetmə idmançılar tərəfindən hazırlanmış müxtəlif idman nümunələri göstərmişdir.

Sonda gənclər məşəldarlar ilə birlikdə xatirə şəkili çəkdirmişlər.
BOLGEXEBER.COM
Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)
Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)
Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında silsilə tədbirlər davam edir-Tərtərdə (FOTO)