BolgeXeber.Com » Ölkə » Yevlax DYP postunda “ərəbzəngi” kimdir? – ŞİKAYƏT

Yevlax DYP postunda “ərəbzəngi” kimdir? – ŞİKAYƏT

26-05-2015, 12:55
Oxunub: 7 086 Yevlax DYP postunda “ərəbzəngi” kimdir? – ŞİKAYƏT"Yevlax DYP postundakı Rafiq Yaqubov adlı şəxs prezidentin fərman və tövsiyələrinə məhəl qoymur"

BOLGEXEBER.COM bildirir ki,Tovuz sakini Abbas İsgəndərov Tia.az-a müraciət edib. Sürücü olduğunu qeyd edən A.İsgəndərov Yevlax Dövlət Yol Polisindən narazılığını bildirib.

Onun sözlərinə görə, Yevlax DYP postundakı Rafiq Yaqubov adlı şəxs prezidentin fərman və tövsiyələrinə məhəl qoymur.
A.İsgəndərov bildirir ki, mayın 21-də bir neçə yük maşını sürücüsü Bakıya yük daşıyıb: “Həmin vaxt Yevlax rayonu ərazisində yerləşən DYP postunda bizi polis serjantı Rafiq Yaqubov saxladı. Həmişəki kimi biz onun “nəzir”ini yəni hər yük maşını üçün nəzərdə tutulmuş 10 manat verib keçdik.
23.05.2015-ci il tarixdə Qaradağdan yüklədiyimiz mişar daşı ilə Tovuz istiqamətində hərəkətdə olarkən yenə də həmin Yevlax postunda növbədə olan polis serjantı Rafiq Yaqubov bizi saxladı. Həmişə olduğu kimi biz 3 avtomaşın olaraq “haqq”ımızı ona verərkən, o mənimlə yol yoldaşları olan 2 avtomaşının hərəsindən 10 manat ald.
Mənim pulumu isə qəbul etmədi. Mən səbəbini soruşduqda o əsəbiləşərək keyfim belə istəyir, yaxşı edirəm. Mən isə ona dedim ki, mən 10 ildir bu yollarda yük daşıyıram, indiyədək mənimlə belə rəftar edən olmayıb, 2 gün əvvəl yəni 21.05.2015-ci il tarixdə mən bu avtomaşınla Bakı şəhərinə yük apararkən şəxsən sənə 10 manat vermişəm, sən isə məni buraxmısan.
Yenə də o əsəbiləşərək üstümə qışqıraraq söylədi ki, “həmin vaxt almışam indi isə almıram, keyfim belə istəyir, yaxşı edirəm, lazım gəlsə səni bu dəqiqə dama da basdıraram. Mən burada işlədiyim müddətdə səni qoymayacağam buradan keçəsən”.
A.İsgəndərov yazır ki, sənədlərini təqdim edib: “O, 150 manat cərimə yazaraq, eyhamla “sizin də vaxtınıza az qalıb” yaxın vaxtlarda sizlərdən qurtaracağıq. Onun nə demək istədiyini biz başa düşmədik.
Onu da qeyd edim ki, biz 15 ildir ki bu avtomaşınlarla yük daşıyırıq və Yevlax DYP-postundan keçirik. Bu müddət ərzində sürücülərlə belə kobud rəftar edən məmura rast gəlməmişik. Elə bir gün olmaz ki, o kiminləsə dalaşmasın. Bunu həmin yoldan istifadə edən bütün sürücülər təsdiq edə bilər”.
BOLGEXEBER.COM