BolgeXeber.Com » Ölkə » Sumqayıt yağ zavodunda ixtisarlar gözlənilir- "Azərsun" ixtisar edəcək
Sumqayıt yağ zavodunda ixtisarlar gözlənilir- "Azərsun" ixtisar edəcək
27-05-2015, 09:45
Oxunub: 5 622
“Azərsun Holdinq”in Sumqayıtda yeni yağ emalı zavodunda kütləvi ixtisarlar başlayıb
BOLGEXEBER.COM bildirir ki, Tia.az-a verilən özəl məlumata görə, yağ zavodundan bu günlərdə 10 nəfərə yaxın işçi çıxarılıb. Onların heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Fəhlələrə işdən çıxarılmasının səbəbləri izah olunmayıb. Bundan qabaq da zavodda ixtisarlar olub və şirkətin mətbuat katibliyi məlumatı təkzib etməyə çalışıb.
Ancaq redaksiyamıza verilən yeni xəbərlərdə də bildirilir ki, yağ zavodunda ixtisarlar davam etməkdədir və Abdolbari Gözəlin aparıcı komandası fəhlələrin işdən çıxarılması məlumatlarını gizlətməyə, ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır.
Fəhlələr isə şikayət etməyə ünvan tapmır. Şirkətin bütövlükdə təqribən 20-30 min fəhləsi var və heç biri ilə əmək müqaviləsi imzalanmır. Qeyd edək ki, “Azərsun Holdinq” məhsulları Gürcüstan, Rusiya və Orta Asiya ölkələrinə ixrac olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər