BolgeXeber.Com » Ölkə » Başçının adı “Beynəlxalq Bank işi” qalmaqalında hallanır - Razim Məmmədov dindirilib?

Başçının adı “Beynəlxalq Bank işi” qalmaqalında hallanır - Razim Məmmədov dindirilib?

29-05-2015, 14:13
Oxunub: 3 533 Başçının adı “Beynəlxalq Bank işi” qalmaqalında hallanır - Razim Məmmədov dindirilib?Xətai rayon İçra Hakimiyyətinin başçısı Razim Məmmədov “Beynəlxalq Bank işi” ilə bağlı dindirilib

“Kredit qalmaqalı” ilə bağlı hüquq-mühafizə orqanlarında dindirilənlərin siyahısı genişlənməkdədir. Gün keçdikcə bu siyahıya yeni isimlər əlavə olunur. Müşahidələr göstəririr ki, qalmaqallar hələ davam edəcək. Maraqlıdır ki, bu məsələdə təkcə iş adamlarının deyil, həm də məmurların adı hallanır. Məsələn, bu dəfə mediada həm də “Beynəlxalq bank işi” kimi gündəmi zəbt edən qalmaqallarda dövlət məmurunun adı çəkilir.

“Beynəlxalq Bank işi”ndə Xətai rayon İçra Hakimiyyətinin başçısı Razim Məmmədovun da adı var və o, bu günlərdə hüquq-mühafizə orqanlarında dindirilib. Məlumata görə, Razim Məmmədov nəzarətində olan tikinti şirkəti üçün Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit borcunu vaxtında geri qaytarmayıb.

Mənbənin bildirdiyinə görə, R.Məmmədovun tikinti şirkəti Sumqayıt şəhəri, Abşeron, Binəqədi və rəhbəri olduğu Xətai rayonlarında çoxsaylı yaşayış binaları tikib. Amma buna baxmayaraq bankdan götürdüyü krediti vaxtında qaytarmayıb. (A24.az)