BolgeXeber.Com » Ölkə » Rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlandı - SİYAHI
Rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlandı - SİYAHI
29-05-2015, 18:29
Oxunub: 4 376
“Dayanacaq pulsuzdur”
I Avropa Oyunları zamanı rayonlardan Bakıya gələn avtomobillərin saxlanacağı ünvanlar açıqlanıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən (BŞBDYPİ) Oxu.Az-a verilən məlumata əsasən, rayon qeydiyyatında olan maşınların Bakıya daxil olmaması üçün xüsusi yaradılan dayanacaqlar sabahdan etibarən sürücülərin istifadəsinə veriləcək.
Məlumata əsasən, Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb. Dayanacaq pulsuzdur.
Ümumilikdə 8 hektar ərazi ayrılıb. Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək. İdarədən bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılıb.
Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin və rayon qeydiyyatı olan avtomobillərin daxil olmasına tam məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər