BolgeXeber.Com » Ölkə » Azərbaycanda tədris həftəsi 6 günlük olan məktəblərdə “Son zəng” keçirilir
Azərbaycanda tədris həftəsi 6 günlük olan məktəblərdə “Son zəng” keçirilir
30-05-2015, 11:21
Oxunub: 4 757
Bu gün Azərbaycanın bəzi məktəblərində “Son zəng” keçirilir.
APA-nın xəbərinə görə, bu il “Son zəng” iki gün - mayın 29-u və 30-da qeyd edilir.
Belə ki, tədris həftəsi 5 günlük olan məktəblərin məzunları üçün "Son zəng" tədbirləri ötən gün keçirilib. Bu gün isə tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün “Son zəng” çalınır.
2014-2015-ci tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 şagird bitirəcək. Ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. Məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər