BolgeXeber.Com » Ölkə » “Azərsun”da ölüm eskadronu: Müqaviləsiz fəhlələr hansı klinikada amputasiya edilir ?
“Azərsun”da ölüm eskadronu: Müqaviləsiz fəhlələr hansı klinikada amputasiya edilir ?
1-06-2015, 17:13
Oxunub: 5 262
“Azərsun Holdinq” şirkətinin fabrikləri “ölüm maşını”na çevrilməkdədir. Şirkətin fabriklərində çalışan fəhlələrin həyati təhlükəsizliyinə zəmanət verilmir
TİA.AZ-a daxil olan özəl xəbərdə bildirilir ki, şirkətin minlərlə işçi qüvvəsi var və heç biri ilə əmək müqaviləsi bağlanmır. Hazırda fəhlələr müqaviləsiz, sığortasız qəpik-quruş maaşa çalışır.
Onların istehsalat zamanı üzləşəcəyi qəzaya görə nə kompensasiya ödənilir, nə də ailəsinə yardım olunur. Şirkət prezidenti Abdolbari Gözəlin Türkiyədən cəlb olunan işçilərə xüsusi qayğısı fəhlələr arasında ayrı-seçkilik yaradıb.
Məlumatda qeyd edilir ki, yaxın keçmişdə “Azərsun”un yağ fabrikində iki nəfər ehtiyatsızlıqdan əllərini itirib. Şirkət isə bu məsələni ört-basdır etməyi bacarıb. Hər iki işçinin başına gələn hadisəni gizlətmək üçün “City Hospital” klinikasına yerləşdiriblər. Onların əlləri amputasiya olunub.
A.Gözəlin rəhbəri olduğu fabrikdən isə onlara heç bir kompensasiya ödənilməyib. Mənbə qeyd edir ki, “Azərsun”da tez-tez fəhlələr xəsarət alır, onlar şirkətin özünə aid olduğu iddia edilən “City Hospital” klinikasına yerləşdirilir.
Bununla da məsələ hüquq-mühafizə orqanlarından, əmək hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarından gizlədilir. Mənbə bildirir ki, sözügedən klinika “Azərsun”un “ölüm eskadronu” üçün müalicə müəssisəsi hesab edilir. Fəhlələrin isə əmək müqaviləsi olmadan işləməsi şirkətin qanunsuzluqları açıq şəkildə həyata keçirməsinə imkan yaradıb.
Xatırladaq ki, “Azərsun Holdinq”in Sumqayıtda yağ emalı zavodunda kütləvi ixtisarlar başlayıb. Bu günlərdə 10 nəfərə yaxın işçi çıxarılıb. Onların heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Fəhlələrə işdən çıxarılmasının səbəbləri izah olunmayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər