BolgeXeber.Com » Ölkə » 37 saylı TSEK-də əlilliyin “qiymət tası” açıqlandı: Müslümova müraciət olundu
37 saylı TSEK-də əlilliyin “qiymət tası” açıqlandı: Müslümova müraciət olundu
2-06-2015, 12:09
Oxunub: 7 057
Beyləqan və Füzuli rayonları üzrə 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasından şikayət var
TSEK sədri Leylan Nəsirovanın fəaliyyətindən narazılıq edənlər dia.az-a məlumat verib. Bildirilir ki, sözügedən TSEK-də hədsiz özbaşınalıqlar hökm sürür.
Vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi “tariflər cədvəli” təyin olunub. Elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Ümumiyyətlə Beyləqan və Füzuli rayonları üzrə 37 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq bu rayonların sakinlərinin narazılıqlarını doğurmaqdadır. TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər.
Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 37 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Bu işlərin başında L.Nəsirovanın durduğu iddia edilir.
I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 1000 manat, III qrup üçün isə 800 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir.
Leylan Nəsirova özünün saxtakarlığından və korrupsiya əməllərindən əl çəkmək istəmir. Azərbaycan qanunları bu TSEK-də işləmir. Artıq 37 saylı TSEK-də vəziyyət dözülməz hal alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən L.Nəsirovanın əməllərinə son qoyulması xahiş edilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər