BolgeXeber.Com » Ölkə » Bizi qarət edən lombard biznesi - FOTOFAKT

Bizi qarət edən lombard biznesi - FOTOFAKT

5-06-2015, 10:23
Oxunub: 4 076 Bizi qarət edən lombard biznesi - FOTOFAKT“Lombardın pəncərələrində yazmışdılar ki, 3-4 faizlə pul verirlər. Əgər pulum olsaydı yəqin ki, lombarda getməzdim"

Əli hər yerdən üzülmüş, banklardan kredit alınarkən min bir sənəd tələbini yerinə yetirə bilməyən vətəndaşların üz tutduqları ünvanlardan biri də lombardlardır. Təəssüf ki, bu ünvanlarda da vətəndaşların aldadılması adi hal alıb. Lombard fəaliyyətinə lisenziya verən Maliyyə Nazirliyi isə sanki elə lisenziya verməkdən ötrü fəaliyyətdədir.
Redaksiyamıza müraciət edən Şakir Məmməd oğlu Əliyev deyir ki, əli hər yerdən üzüldüyündən Yasamal rayonu, A.Şərifzadə 169 “a” ünvanında yerləşən lombarda üz tutub. Qızıl-zinət əşyalarını girov qoyub pul götürüb və onu aldadıblar.

“Lombardın pəncərələrində yazmışdılar ki, 3-4 faizlə pul verirlər. Əgər pulum olsaydı yəqin ki, lombarda getməzdim. Mən qızılı qoyub pulu götürdüm. Evə gələndə girov biletinə baxanda gördüm ki, məni aldadıblar. Mənə 3 faizlə yox, 18 faizlə pul veriblər” -deyə Ş.Əliyev bildirib. Onun sözlərinə görə, lombarda geri qayıdıb, ona bildiriblər ki, kimə istəyir şikayət edə bilər: “Yasamal Rayon Polis İdarəsinə müraciət etmişəm. Qoy bu məsələni araşdırsınlar. Mənim kimi hər yerdən əli üzülən insanları aldadanlar cəzalarını alsınlar”.
Ş.Əliyev bildirib ki, üzləşdiyi soyğunçuluqdan sonra qonşularından borc almaq qərarına gəlib: “Qonşudan pul istədim, apardım lombarda. Pulu almağımdan bir neçə saat keçməyinə baxmayaraq məndən pulu 8 faizlə alıb qızılı qaytardılar. Polisdən, prokurorluqdan xahiş edirəm lombardın camaatı aldatmasının qarşısını alsın”.
musavat.com
Bizi qarət edən lombard biznesi - FOTOFAKT