BolgeXeber.Com » Ölkə » Özünü öldürən gəlin — Tovuzdakı intiharın gizlinləri

Özünü öldürən gəlin — Tovuzdakı intiharın gizlinləri

13-06-2015, 16:59
Oxunub: 3 936 Özünü öldürən gəlin — Tovuzdakı intiharın gizlinləriMeyit müayinə edildikdən sonra məlum olub ki, gəlin əslində bakirə olub

Ötən gün Tovuz rayonunun Bozalqanlı kəndində baş verən intihar hadisəsi haqda sizə xəbər vermişdik.

1997-ci il təvəllüdlü Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq, səhər saatlarına qədər şəhərin naməlum ərazilərində gizlənib. Səhər saat 9 radələrində Tovuz rayonunun mərkəzi bazarının yaxınlığında yerləşən, təxminən 10-12m hündürlüyündə dəmir yolu xəttinin üzərində yerləşən körpüdən özünü ataraq intihar edib. Mərhum aldığı ağr xəsarətlərlə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Kəndin həkiminin bölgə müxbirimizə verdiyi məlumata görə, Mərhum Aytən Nəzərova toydan təxminən 1 ay əvvəl həyat yoldaşı, 25 yaşlı Amin Qasımov tərəfindən rayonun Düz Cırdaxan kəndinə ana babası Məhəmməd Abbasovun evinə qaçırılıb və 27 gün o evdə saxlanılıb. El adətincə ailələr arasında barışıq olub, toy günü də iyun ayının 10-na təyin olunub.

Hadisənin səbəbi aydın olub

Toy gecəsi oğlanın anası Şəhri Qasımovaya oğlanın yengəsi tərəfindən, həmçinin oğlu Amin Qasımov tərəfindən gəlinin bakirə olmaması ilə bağlı məlumat verilib, elə münaqişə də buradan başlayıb, Şəhri Qasımovanın dediyinə görə, bu haqda qızın ailəsinə də məlumat verilib və onlar oğlan evinə dəvət olunublar. Lakin onlar gələnə qədər qız artıq evdən qaçıbmış.

Bəyin anası Şəhri Qasımovanın dediyinə görə, qız bakirə olmayıb. Amin Qasımov isə qızın həqiqətən bakirə olmadığını təsdiq edib.

Bu gün torpağa tapşırılan Aytən Nəzərovanın anası Sima Tanırverdiyeva isə bildirir ki, onun qızı bu ailədə razılıqla qəbul olunmayıb və hadisə də bu səbəbdən baş verib.

Qeyd edək ki, qonşular da Aytən Nəzərovanın ədəb ərkanlı, tərbiyəli qız olmasını təsdiq edirlər.

Meyit müayinə edildikdən sonra məlum olub ki, gəlin əslində bakirə olub. O, nə bəylə, nə də başqa birisilə cinsi əlaqədə olmayıb.

Məsələ ilə əlaqədar rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan bildirdilər ki, intihar hadisəsi qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (Atv)