BolgeXeber.Com » Ölkə » Bərdədə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi-FOTO

Bərdədə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi-FOTO

13-06-2015, 21:23
Oxunub: 3 967 Bərdədə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi-FOTO Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür

13 iyun 2015-ci il tarixində Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanasında Bərdə rayon Gənclər və İdman idarəsinin və mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə "Milli Qurtuluş Günu"nə həsr olunmuş “Vətənin xilası, xalqın qurtuluşu...” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq qarşıdan gələn bayram münasibətilə gəncləri təbrik etdi.O,qeyd etdi ki, 1993-cü ilin iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Öz xilaskarlıq missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydin Qasımov çıxış edərək qeyd etdi ki,Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın hörmətli Prezidentimiz İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq. 2 saylı çəhər kitabxanasının müdiri Xədicə Məmmıdova Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmasından, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından danışdı. . "Qafqaz" universitetinin magistrantı Ülkər Kərimli,ADPU-nun II kurs tələbəsi Tahirə Mustafayeva və başqaları ümummilli liderin gənclərin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan,bü məsələnin dima onun nəzarətində olmasından danışdılar.
BOLGEXEBER.COM
Bərdədə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi-FOTO