Adil Əliyevdən erməniyə uduzan idmançıya dəstək
16-06-2015, 10:14
Oxunub: 4 591
img=left]https://bolgexeber.com/uploads/posts/2015-06/1434431755_ffrfrf.jpg[/img]“Dostlar gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq”
Bu fikirləri Azərbaycan Respublikası Kinqboks Federasiyasının prezidenti, deputat Adil Əliyev facebook səhifəsində yazıb.
A.Əliyevin sözlərinə görə, idmançıya məşqçisindən başqa heç kimin güldən ağır söz deməyə ixtiyarı yoxdur: “Əvvəla, belə mötəbər yarışlara elə-belə, sıradan idmançılar buraxılmırlar. Yəni, nə biz tərəfdən, nə də rəqib tərəfdən. Yarışlarda isə bir çəki dərəcəsində yalnız bir qızıl medal olur ki, onun üstündə güclü mübarizə aparılır. Ölkəsindən və millətindən asılı olmayaraq daha hazırlıqlı və bəxti gətirən idmançı qalib çıxa bilər. Hamıya məlumdur ki, iki idmançıdan biri qalib olmalıdır.
Bu dəfə idmançımızın bəxti gətirmədi. Nə etmək olar? Bu idmandır. İndi durub hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan. Əgər, biz bu cür kampaniyaya dəstək versək, başqa idmançılarımızı da ruhdan salarıq. Nəzərə alsaq ki, bizi hələ çox maraqlı yarışlar gözləyir. O yarışlarda da başqa millətin nümayəndələri iştirak edəcəklər. Dostlar gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər