BolgeXeber.Com » Ölkə » Heydər Əliyev Mərkəzində daha bir nikah mərasimi keçirildi - Tərtərdə
Heydər Əliyev Mərkəzində daha bir nikah mərasimi keçirildi - Tərtərdə
16-06-2015, 15:48
Oxunub: 5 581
İyunun 14-də Heydər Əliyev Mərkəzində iki gəncin- Tərtər rayon Bala Kəngərli kənd sakini Şahbazov Elşad Rəşid oğlu ilə Babayeva Fəridə Oktay qızının təntənəli nikah mərasimi keçirilib
Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etmişlər. Nikah mərasimindən öncə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi oldu. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildiriblər.
Qeyd olunmuşdur ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
BOLGEXEBER.COM

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər