BolgeXeber.Com » Ölkə » Gəncə Dövlət Universitetində rüsvayçılıq: Kafedra müdiri xanım əməkdaşını döyüb

Gəncə Dövlət Universitetində rüsvayçılıq: Kafedra müdiri xanım əməkdaşını döyüb

17-06-2015, 14:39
Oxunub: 867 Gəncə Dövlət Universitetində rüsvayçılıq: Kafedra müdiri xanım əməkdaşını döyübGəncə Dövlət Universitetində biabırçılıq baş verib. Fizika və texniki fənlər fakültəsində kafedra müdiri ilə kafedranın əməkdaşı əlbəyaxa olublar

Bu barədə BOLGEXEBER.COM-un elektron poçtuna göndərilən məlumatda bildirilir.
Deyilir ki, fakültənin Ümumi texniki fənlər kafedrasının müdiri, dosent Mahir Nağıyev həmin kafedranın əməkdaşı Sərəncam xanımı fakültənin əməkdaşlarının gözləri qarşısında qəddarcasına döyüb.
Nəticədə Sərəncam xanımın barmağı sınıb, bədənində çoxlu sayda qançırlar əmələ gəlib. O, məhkəmə tibb ekspertizasından arayış alıb.
Hadisə mayın 8-də baş verib. Gəncədə keçirilən Gül bayramında olub. Sərəncam xanımın yaratdığı nəfis əl işi şəhərin icra hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən təriflənib və yüksək qiymətləndirilib. Sənət işi isə, Ümummilli lider Heydər Əliyevin muncuqlar , büllur şüşə hissəcikləri ilə hazırlanan və güllərlə bəzədilən nəfis portreti olub. Sərəncam xanımın yüksək tərifə layiq görülməsi kafedra müdiri Mahir Nağıyevin və kafedranın bəzi qadın işçilərinin ürəyincə olmayıb. Heç bir qabiliyyəti və savadı olmayan, kafedranı idarə edə bilməyən Mahir Nağıyevin nəhayət əsəbləri dözməyib. O, kafedranın qadın əməkdaşları ilə birləşib, xırda bəhanə ilə Sərəncam xanıma söz ataraq lağ ediblər.
Mənbə BOLGEXEBER.COM-a qeyd edib ki, Sərəncan xanımı əvvəlcə kafedra müdirinin kabinetində döyüblər. Dəhlizə qaçan Sərəncam xanımı Mahir müəllim dəhlizdə də döyməyə davam edib. həmin vaxt əlbəyaxa döyüş meydanının bir metrliyində olan fakültə dekanı, onun müavinləri və kafedra müdirləri onları aralamaq əvəzinə dava dalaşa şahid olmamaq üçün qaçaraq kabinetlərində gizləniblər. O, əvvəllər də bu xanıma qarşı aqressiyasını gizlətməyib.
Məlumatda göstərilir ki, bu biabırçılıq universitetin "Etika" komissiyasında müzakirə edilib. Bu iclasda Mahir Nağıyev çıxış edərək deyib ki, Sərəncam xanımın barmağı qırılmayıb, o, yalandan arayış alıb.