BolgeXeber.Com » Ölkə » Qaxlılar “Cəngavər” deputatını axtarır: Kərimlinin başı qoz ağacı biznesinə qarışıb

Qaxlılar “Cəngavər” deputatını axtarır: Kərimlinin başı qoz ağacı biznesinə qarışıb

18-06-2015, 15:29
Oxunub: 4 246 Qaxlılar “Cəngavər” deputatını axtarır: Kərimlinin başı qoz ağacı biznesinə qarışıbArtıq 3-cü çağırışdır ki, Azər Kərimli Qax rayonunun deputatıdır. Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyən olaraq qalır. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb.

Onun Milli Məclisdə hər hansı mövzuda çıxış etməsi, fəallıq göstərməsi, Qarabağ münaqişəsindən danışması, təkliflər irəli sürməsi xatırlanmır. Parlamentdə biznesmen deputatların əksəriyyəti susqunluğu ilə ad çıxarıb. O cümlədən A.Kərimlinin də qeyri-fəallığı onun növbəti dəfə mandat alacağını sual altında saxlayıb. Bu haqda TİA.AZ-a özəl məlumat verən qaynağın sözlərinə görə, ictimai-siyasi həyatda olan fəallar da A.Kərimli adlı deputatı yaxşı tanımırlar. Əksəriyyətinə onun ad-soyadı bəzən təəccüblü gəlir. Mənbə qeyd edir ki, Qax sakinləri də öz deputatını yaxından tanımır. Onlar 5 ildə deputatı yalnız seçki kampaniyasında epizodik görürlər. A.Kərimliyə edilən şikayətlərə isə nə baxılır, nə sakinlər qəbul edilir, nəinki parlamentdə qaldırılır. Qaynağımız bildirir ki, deputatdan narazılıq edən sakinlər onu axtarır. O da deyilir ki, A.Kərimlinin başı möhkəm biznes işlərinə qarışıb. Qaxlılardan gələn xəbərlərə görə, Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Bildirilir ki, İlisu kəndində sovet dövründə salınmış Füzuli bağı olub. İndi bu bağın sadəcə maketi qalıb. Onun yanında isə deputatın tikdirdiyi imarət “göz çıxarır”. Deputatın qoz ağacı biznesində şıdırğı mənfəəti var. Ümumiyyətlə, parlamentin iclaslarına da təsadüf hallarda qatılan bu deputatın fəaliyyəti barədə tək danışılan onun hansısa biznes fəaliyyəti ilə məşğul olmasıdır. Baxmayaraq ki, qanunvericilik deputatın biznes fəaliyyətinə qadağa qoyur. Məlumat üçün deyək ki, Kərimli Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Deputatın italiya ilə yaxşı əlaqələri var. Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupunun rəhbəridir. Hətta ona İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni təqdim olunub.
BOLGEXEBER.COM