BolgeXeber.Com » Ölkə » Kür son 30 ildə belə qurumamışdı

Kür son 30 ildə belə qurumamışdı

20-06-2015, 17:26
Oxunub: 3 558 Kür son 30 ildə belə qurumamışdıKürün səviyyəsi çayı son günlər görünməmiş dərəcədə aşağı düşüb, çay quruyub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Kür çayının aşağı axınında çayın səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən xeyli azalıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303 sm (2014-cü il, iyunun 19-da 326 sm idi), Şirvanda 143 sm (eyni dövrdə 178 sm), Salyanda 68 sm (eyni dövrdə 115 sm), Bankədə 177 sm (eyni dövrdə 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 27 sm (eyni dövrdə 48 sm) təşkil edir.

Yerləşdiyi coğrafi məkanın relyefinə görə çayın səviyyəsinin ən çox (təxminən iki dəfə) azaldığı məntəqə isə Salyandır.

Beləliklə, Kür çayının aşağı axınında yerləşən rayonlar 2003-2010-cu illərdə daşqınlardan əziyyət çəkirdisə, son illər hətta bolsululuq dövrü olan yaz aylarında belə çayın səviyyəsinin normadan aşağı olmasından əziyyət çəkirlər. Belə ki, üzərinə su nasosları bərkidilən kiçik salların quruya çıxması nəticəsində işləməsinin qeyri-mümkün olub. Nəticədə yaşayış məntəqələrinin su ilə təchizatında problemlər yaranır.

Hətta aşağı axında ilin yaz aylarında daşqınlarından ehtiyatlanan yerli sakinlər çayda adacıqlar yaranmasını təəccüblə qarşılayırlar və bəzən çayı qayıqla keçməkdə də çətinlik çəkirlər.

Yerli sakinlər və ekoloqlar virtualaz.org saytına açıqlamalarında bunu dağlardakı qar örtüyünün gec əriməsi və ekoloji tarazlığın pozulması ilə izah edirlər. Onlar Kürün Salyanda son 30 ildə bu qədər quruduğunu xatırlamadıqlarını deyirlər.
BOLGEXEBER.COM