“Azərsun Holdinq”in müqaviləsiz işçiləri təhlükədə
23-06-2015, 13:21
Oxunub: 6 102
“Azərsun Holdinq” əmək hüquqlarını pozmaqda davam edir. Şirkətin fabriklərində çalışan fəhlələrin gününü “göy əskiyə bükən”lər onlarla müqaviləsiz işləyərək bütün qanunları tapdalayırlar
BOLGEXEBER.COM bildirir ki,Tia.az-a şikayət edən bir qrup işçi bildirir ki, fəhlələrlə əmək müqaviləsi bağlanmır və dəfələrlə bu problem ictimailəşdirilib.
Ancaq “Azərsun Holdinq” rəhbərliyini, prezidenti Abdolbari Gözəli qətiyyən işçilərin hüquqları, onların təhlükəsizliyi, sığortası maraqlandırmır. Türkiyədə işçilərlə əmək müqaviləsi bağlandığını xatırladan fəhlələr qeyd edirlər ki, dünyagörmüş şirkət rəhbərliyi nədənsə Azərbaycanda yazılmamış qanunlarla işləməyi seçir. İşçilər dövlət başçısı İlham Əliyevə müraciət edərək problemin həllinə müvafiq tapşırıq verilməsini xahiş edirlər.
Bildirirlər ki, fabriklər fəhlələrin həyati təhlükəsizliyinə zəmanət verilmir: “Hazırda fəhlələr müqaviləsiz, sığortasız qəpik-quruş maaşa çalışırıq. İstehsalat zamanı üzləşəcəyimiz qəzaya görə nə kompensasiya ödənilir, nə də ailələrə yardım olunur. Şirkət prezidenti Abdolbari Gözəlin Türkiyədən cəlb olunan işçilərə xüsusi qayğısı fəhlələr arasında ayrı-seçkilik yaradıb. “Azərsun”un yağ fabrikində iki nəfər ehtiyatsızlıqdan əllərini itirib. Şirkət isə bu məsələni ört-basdır etməyi bacarıb. Hər iki işçinin başına gələn hadisəni gizlətmək üçün “City Hospital” klinikasına yerləşdiriblər.
Onların əlləri amputasiya olunub. “Azərsun”da tez-tez fəhlələr xəsarət alır, onlar şirkətin özünə aid olduğu iddia edilən “City Hospital” klinikasına yerləşdirilir. Bununla da məsələ hüquq-mühafizə orqanlarından, əmək hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarından gizlədilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər