BolgeXeber.Com » Ölkə » “26 iyun- narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” tədbiri keçirilib - Bərdə
“26 iyun- narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” tədbiri keçirilib - Bərdə
24-06-2015, 12:47
Oxunub: 5 811
23 iyun 2015-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Gənclər və İdman idarəsinin, Mərkəzi kitabxananın, Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı və rayonun fəal yeniyetmə və gənclərinin iştirakı ilə “26 iyun- narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibətilə tədbir keçirili
Tədbir iştirakçılarına mövzu ilə bağlı hazırlanmış bukletlər paylandı.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq narkomaniyanın insanlara, xüsusi ilə gənc nəslə vurduğu zərərdən, Gənclər və İdman idarəsinin əlaqədar təşkilatçılarla birgə narkomaniyayla mübarizə sahəsində gördüyü işlərdən və keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bu işdə tək dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.
Sonra rayon Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov, şəhər poliklinikasının narkoloji kobinetinin həkimi Gündüz Xudaverdiyev, rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili qrupunun inspektoru, polis leytenantı Orxan Qocayev, cümə məscidinin nümayəndəsi Səxavət Əzimov, MKS direktoru Həvva Mirzəyeva, valideyn Cəmilə Talıbova, 2 saylı şəhər kitabxanasının müdiri Xədicə Məmmədova, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyinin direktorunun təşkilatçı işlər üzrə müavini Tamella Əliyeva , MKS uşaq şöbəsinin müdiri Sevda Süleymanova çıxış edərək bu ümumbəşəri bəlanın gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışdılar.
Daha sonra RPŞ-nın narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis moyoru Elçin Talıbov narkomaniyanın ailələrə eləcədə cəmiyyətə vurduğu ziyandan, rayonda narkomaniya ilə mübarizə sahəsində polis şöbəsinin gördüyü işlərdən danışdı.
Gənclər və İdman idarəsinin Təhsil şöbəsi ilə birgə orta məktəblərin yuxarı sinif şagirdləri arasında “Gənclər narkomaniyaya qarşı” mövzusunda birgə keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri: Nəriman Nərimanov adına 3 saylı Bərdə şəhər tam orta məktəbin 9-cu sinif şagirdi Talıbzadə Ləman Vidadi qızı (I yer), Güloğlular kənd ümumi orta məktəbin 8-ci sinif şagirdi Hüseynova Günel Aydın qızı (II yer), Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Quliyeva Gülər Rəhim qızı (III yer) rayon polis şöbəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar.
Sonda təşkilatçılar tərəfindən mövzu ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər