BolgeXeber.Com » Ölkə » Tərtərdə narkotiklə mübarizə mövzusunda tədbir keçirilib - Fotolar
Tərtərdə narkotiklə mübarizə mövzusunda tədbir keçirilib - Fotolar
25-06-2015, 11:10
Oxunub: 3 501
26 iyun-Narkotiklə mübarizə günüdür: “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Mərkəzində təhsil işçiləri ilə birlikdə “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev, Polis Şöbəsinin Narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili Məzakir Məmmədov, təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev və 120 nəfər təhsil işçisi iştirak etmişdir. Tədbiri təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev açaraq məruzə etmək üçün sözü Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadəyə verdi. O, “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur” mövzusunda məruzə etdi. Sonra mərkəzi rayon xəstəxanasının həkimi Rima Axundova, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı, Narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili Məzakir Məmmədov çıxış edərək narkomaniyanın insan sağlamlığına vurduğu fiziki və mənəvi fəsadlardan danışdılar. Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov və şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov rəhbərlik etdikləri tədris müəssisələrində narkomaniyaya qarşı mübarizə məqsədilə keçirilən tədbirlər, təbliğat-təşviqat işləri haqqında məlumat verdilər. Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov rayonumuzda narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən və təhsil işçilərinin bu sahədə qarşıda duran vəzifələrindən danışdı.
Tədbirin sonunda umumtəhsil müəssisələrində “Narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu, bildirildi ki, narkomaniyaya qarşı mübarizədə iştirak etmək bütün ictimayyətin borcudur.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər