BolgeXeber.Com » Ölkə » Xadimə döydüyü deyilən direktor danışdı: - "Qolundan tutdum və..."
Xadimə döydüyü deyilən direktor danışdı: - "Qolundan tutdum və..."
25-06-2015, 18:24
Oxunub: 5 527
Ağsu rayonunda orta məktəb direktoru işçisini döyüb. ANS PRESS-in məlumatına görə, bu barədə zərərçəkən polisə şikayət edib
Hadisə Keçdiməz kəndinin orta məktəbində qeydə alınıb. Qadın şikayətində deyib ki, orta məktəb direktoru Maarif Səmədov işə hecikdiyi üçün onu vurub. Rayon polis şöbəsindən ANS PRESS-ə qadının şikayətinin araşdırıldığını bildiriblər.
Hadisə ilə bağlı məktəb direktorunun özü ilə əlaqə saxladıq. Maarif Səmədov ANS PRESS-ə açıqlamasında qadını döymədiyini bildirib. Onun sözlərinə görə, xadiməyə sadəcə qışqırıb və onun qolundan tutub.
"Mənim 60 yaşım var. Rəsiqə mənim şagirdim olub. Dəfələrlə işə gecikirdi. Dedim izahat yaz. İmtina etdi. Ərklə qolundan tutdum və qışqırdım. Allaha and olsun ki, onu vurmamışam. Bu yaşda mənə yaraşmaz".
Rayon Təhsil Şöbəsinin rəis müavini Adil Kərimovun verdiyi məlumata görə, hadisə barədə xəbərdardırlar.
"Hazırda araşdırma aparırıq. Məktəb direktoru və xadimə üzləşdiriləcək. Araşdırmalardan sonra hadisənin əsil mahiyəti məlum olacaq".
Təhsil Nazirliyindən də hadisənin araşdırıldığını bildirdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, əgər şikayət təsdiqini taparsa, məktəb direktoru şiddətli şəkildə cəzalandırılacaq.
BOLGE XEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər