Qazax rəhbərliyi şəhidin dəfnində iştirak etmədi
27-06-2015, 12:29
Oxunub: 4 625
"Bizim heç bir umacağımız yoxdur. İstədiyimiz diqqətdir"
yunun 23-də əsgərimiz şəhid olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musayev Musa Sabir oğlunun meyiti minalanmış sahədə aşkar edilib.
BOLGEXEBER.COM xəbər verir ki, ailəsi rayon rəhbərliyinin onlara münasibətindən narazıdır.
M.Musayevdən başqa digər kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Hər iki hərbi qulluqçumuzun meyiti qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
M.Musayevin əmisi Qabil Musayev ölkə.az-a bildirib ki, Qazax rayonunun rəhbər şəxslərindən heç kim qardaşı oğlunun dəfn mərasiminə gəlməyib:
"Musayla eyni gündə Ağstafadan da bir nəfər şəhidimiz vardı. Bu gün o şəhidin ailəsinə də başsağlığı verməyə getmişdim. Dedilər ki, rayon rəhbərliyi, polis, prokurorluq, hərbi komissarlığın rəhbər işçiləri gəliblərmiş.
Amma Qazax rayon rəhbərliyindən heç kim gəlməmişdi. Yalnız hərbçi yoldaşları bizi tək buraxmadı. Hərbçilərdən savayı heç kim gəlib maraqlanmadı. Bizim heç bir umacağımız yoxdur. İstədiyimiz diqqətdir. Heç bir şeyə ehtiyacımı yoxdur".
Qeyd edək ki, Qazax rayonunun icra başçısı Ayaz Əsgərovdur.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər