Mağaza və küçələrdə mobil nömrə satışı ləğv edilir
27-06-2015, 18:17
Oxunub: 5 303
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda "IMEI" kodların qeydiyyat sistemini təkmilləşdirmək niyyətindədir
BOLGEXEBER.COM bildirir ki, publika.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edildiyini bildirib.
"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin birinci müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.
"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", - deyə İ. Məmmədov bildirib
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər