BolgeXeber.Com » Ölkə » Paytaxtdakı “Görüş” restoranı Bakı Dövlət Sirkinin ərazisini zəbt edib

Paytaxtdakı “Görüş” restoranı Bakı Dövlət Sirkinin ərazisini zəbt edib

30-06-2015, 18:29
Oxunub: 11 379 Paytaxtdakı “Görüş” restoranı Bakı Dövlət Sirkinin ərazisini zəbt edibSabiq başçı sirkin ərazisini zəbt edib

BOLGEXEBER.COM “Təzadlar”a istinadən xəbər verir ki, sirkin havalandırma sistemi buradakı “Görüş” adlı restoranın kabab tüstüsündən iflic olub.
Restoranın sahibinə dəfələrlə deyilib ki, sirkin ərazisi texniki sənədlərə görə zəbt olunub. Hətta sirkin direktoru Maqbet Bünyatov bu məsələnin üstünə ciddi şəkildə gedib. Ancaq “Görüş” restoranının Vaqif Şıxəliyev adlı sahibi direktoru işdən çıxartdırdı. 1995-ci ildə o, Sabirabadın keçmiş icra başçısıdır. İşdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
“Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər. Bu səbəbdən də son illər sirkə gələn uşaqların sayı azalıb, çünki valideynlər kabab istəyən uşaqlarının öhdəsindən gələ bilmirlər. Ən dəhşətlisi, biz iki il əvvəl buraya canavarlar gətirmişdik.
Bir aydan çox müddətə bu heyvanlar ipə-sapa yatmadılar. Butün günü ulayır, əti yemirdilər. Onlara qulluq edən zootexnik bizə dedi ki, heyvanlar dəli olub, təcili başı çıxan həkim çağırmalıyıq. Sonra birdən bir nəfər təsadüfən, yazığı gəlib əlindəki buterboradın arasındakı lüləkababı boz canavarlara atdı, onlar tələskən halda yedilər və səslərini kəsdilər. Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar”-deyə mənbə məktubunda qeyd edir.