Sumqayıtda icra başçısı sahibkarın “yaşıl soyqırımı”na göz yumur
2-07-2015, 11:41
Oxunub: 5 259
Sumqayıtda "Zeytun" restoranının yerindəki çoxillik ağaclar amansızcasına məhv edilib
BOLGEXEBER.COM xəbər verir ki, yaşıllıq massivlərinin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ölkə başçısının tapşırığı əsasında istər paytaxtda, istərsə də bölgələrdə yeni ağaclar, gül kolları əkilir. Dövlət büdcəsindən hər il bu kimi işlərin həyata keçirilməsi məqsədilə müəyyən miqdarda vəsait ayrılır. Amma iş adamları və vəzifəli şəxslər yaşıllıqlara qarşı aqressiv münasibət sərgiləyirlər.
Gundelik-baku.com yazıb ki, Sumqayıtda "yaşıl soyqırımı" geniş yayılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə baş verənlərə göz yumur.
Şəhərdə 1-ci məhəllədə yerləşən "Zeytun" restoranının yerində əvvəllər çoxillik ağaclar olub. Sonradan həmin ağaclar kütləvi şəkildə kəsilib və yerində sözügedən restoran tikilib.
Bu restoran Sumqayıtın ən bahalı elit məkanlarından biri hesab olunur. Restoranın müştərilərinin əksəriyyətini imkanlı şəxslər təşkil edir. Sumqayıtlı biznesmenlər, eləcə də yerli idarə və təşkilatların rəhbər işçiləri burda yemək yeyib, çay içirlər.
Əvvəllər restoranın yerində çoxillik ağaclar var idi. Camaat orda istirahət edirdi. Obyektin sahibi olan iş adamı bir neçə günün içində həmin ağacları ucdantutma doğratdırdı. İndi həmin ağaclardan geriyə yalnız kötükləri nişanə qalıb.
Restoranın ərazisinə aid olan "besetka"ların metlax örtüyünün altından kəsilmiş ağacların kötüklərinin sanki iniltisi gəlir. Bu kötüklər az qalır ki, dil açıb dillənsin. "Zeytun" restoranının yaxınlığında Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarından bir neçəsinin inzibati binası yerləşir. Yəni ərazidəki yaşıllıqlar məhv edilən vaxt həmin orqanların əməkdaşları baş verənləri görməyə bilməzdi.
Görünür, restoranın sahibi olan iş adamı lazımi şəxsləri nəyinsə gücünə ələ almağı bacarıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər