BolgeXeber.Com » Ölkə » Azər Mənsimov ƏƏSMM -nin Cəlilabad şöbəsinin müdiri Azər Mirzəxanlını necə aldadır?- ŞOK İDDİA

Azər Mənsimov ƏƏSMM -nin Cəlilabad şöbəsinin müdiri Azər Mirzəxanlını necə aldadır?- ŞOK İDDİA

3-07-2015, 18:34
Oxunub: 3 750 Azər Mənsimov ƏƏSMM -nin Cəlilabad şöbəsinin müdiri Azər Mirzəxanlını necə aldadır?- ŞOK İDDİAƏƏSMM -nin direktoru işləyən Azər Mirzəxanlının səvatsızlığından istifadə edərək öz çirkin əməllərini həyata uğurla keçirir

BOLGEXEBER.COM bildirir ki, dosye.org saytının electron poçtuna Cəlilabad rayonundan məktub daxil olub. Oxucuların xahişini nəzərə alıb daxil olan məktubu olduğu kimi ixtiyarınıza veririk:

ƏƏSMM- nin direktoru işləmiş M. Abbasov bu əməllərinə görə işdən azad edilib. M. Abbasov öz yaxınlarına və əvvəllər işlədiyi məşğulluq mərkəzinin hazırkı direktoru olan dostuna və onun qohumlarına "hörmət " etdiyinə görə və diğər açıqlanmayan səbəblərə görə işdə yol verdiyi nöqsanlara görə cənab nazir Səlim Müslümovun qəzəbinə tuş gəlmişdir.

Lakin bundan sonra ƏƏSMM- nin Cəlilabad şöbəsinə müdür təyin edilən Azər Mirzəxanlı özünün etibar etdiyi kadrları ətrafına toplayaraq dövlət büdcəsini talan etməyə davam etdirir. Güman edilir ki, bu sahədə müfəttiş kimi müqavilə əsasında fəaliyyət göstərən Mənsimov Azər Kamal oğlu öz həmkarı anuni müfəttiş statusuna malik olan Füzuli Cəfərovu sürətlə ötüb keçmiş və saxta snədlər əsasında Göytəpə, Privolnoye və Komanlı kəndlərində imkanlı şəxslərə sosial yardım verilməsini " yüksək səviyyədə " təşkil edərək hər bir yardım alan şəxsdən əvvəlcədən deilən məlumata əsasən 500 manat almaqla onlara sosial yardım almaq üçün şərait yaradıb.Ona görə də Komanlı kənd sakinləri bildiri ki, Azər Mənsimov öz yaxınlarına hətta Bakı şəhərində yaşayanlara, imkanlı olanlara bir il müddətinə sosial yardım təşkil etməklə sənədləri saxtalaşdırmaqla ailə tərkibini gizlətməklə, Rusiyada yaşayanlara və onların ailə üzvlərinə, əkin sahəsindən hər il küllü miqdarda qazanc əldə edənlərə, sayı - hesabı bilinməyən mal - qarası olanlara sosial yardım verilməsi üçün öz rəhbəri olan ƏƏSMM -nin direktoru işləyən Azər Mirzəxanlının səvatsızlığından istifadə edərək öz çirkin əməllərini həyata uğurla keçirir. Fakt isə ondan ibarətdir ki, son 2 ay ərzində Azər Mənsimovun və Füzuli Cəfərovun təyin etdiyi sosial yardım ala biləcək şəxslərin yoxlanılması vacib məsələdir.

Bu müraciəti yazmaqla dövlət əmlakını dağıdanlara qarşı mübarizə aparılmasını istəyirik. Araşdırma zamanı məlum olmuşdur ki, adları aşağıda qeyd olunan vətəndaşlara sosial yardım verilməsi zamanı qəbul edilmiş qərar tamailə yanlışdır və bu şəxslərə sosial yardım verilməsi cinayət tərkibi olan bir işdir və araşdırılma zamanı məlum olacaq ki, bu şəxslərə sosial yardım ona görə düşmür ki, onların avtomobili eyni zamanda Rusiyada və yaxud Bakı şəhərində işləməklə yaşayırlar.


1. Qurbanova Əntiqə - Hərbi hissədə işləyir , əmək haqqı kifayət edir, eyni zamanda GöytəpəKomunal müəssisəsində işləyir. oğlu isə Bakı şəhərində işləyir. yüksk sosial yardım təyin edilmişdir.

2. Səyadov Rasim - Vaz 2106 markalı avtomobili var özü bazarda işləyir eyni zamanda çiyələk sahəsi vardır.

3. Ağayev Əhəd Göytəpə şəhəri Həsənabad küçəsində yaşayır, 2 traktoru, fərdi sahibkarlıq fəaliyyəti var, ailə üzvləri Bakıda və Rusiyada işləyirlər.

4. Mehtiyeva Təranə - həyat yodaşı Rusiya vətəndaşıdır, hər ay kifayət qədər pul göndərir. ailə taərkibində gizlətmələr var.

5. Hüseynov Bəxtiyar - 60 baş qoyun - quzusu 4 baş iri buynizlu mal - qarası olduğu halda dövlət vəsaiti ona peşkəş edilir. eyni zamanda fərdi əməm fəaliyyəti olaraq xarrat ustasıdır.

6. Qədirov Zahid - Bazarda alver edir, gəlirin gizlədərək ona sosial yardım verilir.

7. Rufullayev Raqif - ev sənədlərini düzgün təqdim etməmiş, öz Rusiyada ustalıq edir, gəliri kifayət qədərdir.

8. Hüseynova Şəfəq - Bakı şəhərində yaşayır , ailə tərkibi düzgün təqdim edilməmiŞ anasının evinə dair sənədləşmə aparılmışdır.

9. Məhərrəmov Şahkərəm - ailə üzvüləri ilə birlikdə Bakı şəhərində yaşayırlar, ər və arvad pensiya almasına baxmayaraq sosial yardım verilir.

10. Dadaşova İradə - başqa rayonda qeydiyyatda olmasına baxmayaraq , ev sənədləri yoxdur.

11. Cəfərov Akif - Təkərli traktoru ,kifayət edəcək gəliri olsa da , Bakı şəhərində Yüksək tonajlə Kran işlədir hər aya yüksək gəlir əldəetməsinə baxmayaraq ,ailə üzvləri Bakı şəhərində yaşayır , oğlu isə özlərinə məxsus mağazanı işlədir. Digər oğlu isə Fövqaladə Hallar Nazirliyində işləsə də işsiz kimi qeyd edilmişdir.

12. Qarayev Rasim - özü və arvadı işləsə də işləməyən kimi qeyd edilmiŞ övladları isə pensiya alırlar.

13. Ağayeva Sənubər Hüseynağa qızı - atasına məxsus evdə yaşayır, 170, 0 manat sosial yadım təyin edilmişdir.

14. Ağayev Mehdi - Masallı bazarında mağazası var, fəaliyyət göstərir, pensiya alır , onun həyətyanı sahəsi və hasarının qiyməti təyin edilə bilməz dərəcədə olduğu halda ona sosial yardım təyin edilmişdir.

15. Orucov Rövşən Tarverdi oğlu, VAZ 2106 markalı avtomobili, kartov sahəsindən kifayət qədər gəliri olduğu halda ona sosial yardım təyin edilmişdir.

16. İbrahimov Əlizamin VAZ 21011 markalı avtomobili, əmək fəliyyəti olduğu hald fəaliyyətini gizlədərək soial yardım təyin edilmişdir.

17. Cavadova Səbinə Ağahüseyin qızı Göytəpə şəhər 1 saylı tam orta məktəbdə işləyir, əmək haqqı alır, özü və övladı pensiya alır. eyni zamanda aliment alır. bütün bu gəlirlərini gizlətmiş həm də bankdan kredit alması barədə məlumatı gizlətməklə sosial yardım alır və başqalarına da sosial yardım düzəltməkdə fəaliyyət göstərir. Gününün çox hissəsini ƏƏSMM nin Cəlilabad rayon şöbəsində keçirir və bildirir ki, mərkəzin direktoru Azər Mirzəxanlı onun yaxın qohumudur. Bütün bunlar Azər Mənsimovun öz müdiri Azər Mirzəxanlını aldatması nəticəsində yaranmış problemdir.

Qeyd edək ki, işdən azad edilmiş Azər Mənsimov işdən çıxarılsa da kimlərinsə himayəsi nəticəsində yenidən işə bərpa edilmişdir. Özünün dediyinə görə yenidən işə bərpa edilməsi üçün 15000 manat xərcləmişdir.

Görünür adi müfəttişin gəliri 15000 manatdan çoxdursa onad müdirin gəliri nəqədər olar? Müdirin gəlirin təxmini müəyyən etsək o zaman bəs nazirin gəliri nə qədər olamı barədə düşünərik.
Bu yazı ilə bağlı Azərlərin də fikirini bilmək istəyirik..

P.S. İnana bilməzdik ki, Cəlilabad rayonunda bu cür neqativ hallar qeydə alınır. Əfsüslər olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslimov susmağa üstünlük verir.