Şirvanda hərbi zavodda güclü partlayış, ölənlər var - FOTOLAR
6-07-2015, 14:27
Oxunub: 6 226
Az əvvəl Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib
Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən virtualaz.org saytınabildirildiyinə görə, partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.
“Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”- deyə növbətçi hissədən bildiriblər.
Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.
Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.
Əlavə məlumat veriləcək.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər